Türkiyə, İran və Rusiya XİN başçıları ABŞ-də görüşüb

img

28-09-2024 [12:56]


Türkiyə, İran və Rusiya xarici işlər nazirləri keçirdikləri birgə iclasda İsrailin Suriyaya hücumunu müzakirə edib.

Məlumatı “Mehr” agentliyi yayıb.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan, İranın XİN başçısı Abbas Əraqçi və onların rusiyalı həmkarı Sergey Lavorv BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində üçtərəfli görüş keçirib.

Bildirilib ki, sentyabrın 28-də nazirlər Suriya üzrə Astana prosesini də müzakirə ediblər.

Tərəflər İsrail-Fələstin münaqişəsinin Livan və Suriyadakı vəziyyətə mənfi təsirindən də danışıblar./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR