HİZBULLAH LİDERİ ÖLDÜRÜLÜB - İsrail Livana dəhşətli zərbə endirdi, İran ABŞ-ı ittiham etdi, Pentaqon isə "xəbərimiz yoxdur" dedi

img

28-09-2024 [14:32]


İsrail Ordusu dünın axşam “Hizbullah”ın lideri Həsən Nəsrullahı Beyrutda öldürüb.

Mia.az xəbər verir ki, bu barədə  İsrail ordusu açıqlama yayıb.

Bildirilib ki, sentyabrın 27-də İsrail Nəsrullahı "Hizbullah"ın mərkəzi qərargahını bombalamaqla öldürüb.

"Hizbullah"ın əsas dəstəkçisi İran da faktı təsdiqləyib.

İranın ali dini lideri Xamnei bəyanat yayaraq bölgədəki bütün müqavimət hərakatının "Hizbullah"ın öncülüyündə İsraili peşan edəcəklərini deyib: "Bu müqavimət bölgənin gələcəyini müəyyən edəcək".

Livan mediası isə yazır ki, “Hizbullah”ın yeni lideri Haşim Səfiuddin olacaq.

Xatırladaq ki, adıçəkilən şəxsi ABŞ terrorçu kimi tanıyır.

***

İsrail ordusu Baş nazir Binyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışından dərhal sonra Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Nahiyedə Hizbullah qərargahına hava zərbəsi endirib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticəndə 2 nəfər ölüb, 76 nəfər yaralanıb.

Bəzi mənbələr ölənlərdən birinin Hizbullah lideri Həsən Nəsrallah olduğunu iddia edir. İsrail mediası isə onun ölmədiyini, ancaq yaralandığını yazıb.

Livan Səhiyyə Nazirliyi isə açıqlamasında ölən və yaralananların sayını elan etsə də, təfərrüata varmayıb.

Livanın rəsmi xəbər agentliyi NNA bildirib ki, İsrail döyüş təyyarələri Dahiyə bölgəsini bombardman dairəsi ilə mühasirəyə alıb: "Onlar Dahiyə bölgəsində Bürc əl-Baracine və hava limanı yolundan Hureky rayonuna qədər bir çox binanı bombalayıblar. Nəticədə Dahiye bölgəsində 6 bina tamamilə dağıdılıb...".

NNA bildirib ki, əsas hədəf Hizbullahın mərkəzi qərargahı, və onun lideri hasrullah olduğunu qeyd edib və əlavə edib ki, o, sağdır.

Hizbullah isə hələlik heç bir açıqlama verməyib.

İranın Beyrutdakı səfirliyi də onun ölmədiyini və təhlükəsiz yerdə olduğunu bildirib: "İsrail artıq bu hücumla oyun qaydalarını kökündən dəyişdi. Onlar cəzasız qala bilməz".

İran səfirliyi ilə yanaşı, XİN də hadisə ilə bağlı bəyanat yayıb və  İsrailin Beyruta hücumu Amerika bombaları ilə törədilən müharibə cinayəti olduğunu vurğulayıb.

İddia olunub ki, atılan bombalar beton deşən və dərinlikdə partlayan dəhşətli bombalar olub. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Beyruta ağır hücumu şiddətlə qınadıqlarını bildirib: "İsrail hücumlarını ABŞ-ın dəstəyi ilə reallaşdırdı. Artıq bu hücum oyun qaydalarını dəyişdi. Təəssüf ki, İsrailin Fələstin və Livana qarşı törətdiyi hərbi cinayətlərə beynəlxalq ictimaiyyət susur. Bu da bugünkü dəhşətli hücuma rəvac verib. ABŞ və bəzi Qərb ölkələrinin atəşkəs çağırışlarının yalnız İsrailə vaxt qazanmaq üçün beynəlxalq aləmi aldatmaq məqsədi güdür".

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə ənənəvi olaraq İsrailin bu gün Livanın paytaxtı Beyruta endirdiyi hava hücumundan xəbərsiz olduqlarını iddia edib.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında deyib ki, ABŞ bu əməliyyatda qətiyyən yer almayıb: "Nə də İsrail bizə hücumla bağlı bilgi verməyib".

İsrail ordusu Baş nazir Binyamin Netanyahu isə ABŞ səfərini yarımçıq kəsərək ölkəyə geri yola çıxıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:26 27.09.2024

Bu dünyanın ədaləti