Ərdoğan Paşinyanla görüşdən və BMT TŞ-yə iddiadan danışdı: “Onun yanaşmasını müsbət gördüm..."

img

27-09-2024 [18:03]


Prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ABŞ-da BMT çərçivəsində keçirilən görüşləri ahqda danşıb.

Ərdoğan deyib ki, Türkiyəni BMT Təhülkəsizlik Şirasının daimi üzvü etməık üçün çalıısalar da, 5 daimi üzvdən bəziləri buna müsbət yanaşmır: "Bildiyiniz kimi, orada beş daimi və 15 müvəqqəti üzv var. Bu daimi üzvlərin mövqeyi o deməkdir ki, hər bir qərarı iki dodaq arasında asanlıqla verə bilərlər. 15 müvəqqəti üzvün burada heç bir təsiri yoxdur. Bu beş daimi üzv hazırda dünyanı faktiki olaraq idarə edən ölkələrdir. Ona görə də Yaponiya, Çin, biz, Almaniya və s. kimi üzvlər daimi üzv olmağa çalışsalar da, buna imkan verilmir. Hazırda Türkiyə olaraq daimi üzv olmağa çalışırıq, lakin bu günə qədər heç bir nəticə əldə etməmişik. Daimi üzvlərin də bizi daimi üzv etmək niyyəti yoxdur. Bu məqamda 15 müvəqqəti üzvün onsuz da heç bir rolu yoxdur".

Ərdoğan daha sonra Nyu-Yorkda Paşinyanla görüşündən söz açıb. O deyib ki, görüşdə əsas müzakirə Azərbaycan və Ermənistan arasında olan problemlər idi: "Mən Paşinyanın bu məsələlərə müsbət yanaşdığını gördüm. Ümid edirəm ki, bu iki ölkə bu yanaşmanı davam etdirməklə problemi həll edəcək".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:26 27.09.2024

Bu dünyanın ədaləti