Hindistanda dini ayinlərdə faciə: 37-si uşaq boğularaq ölub

img

27-09-2024 [00:22]


Hindistanın Bihar əyalətində dini ayinlər zamanı böyük faciə yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ənənəyə uyğun olaraq dini ayinlər üçün çaylara girən 37-si uşaq olmaqla, 46 nəfərin boğularaq ölüb.

“Hindustan Times” qəzeti yazıb ki, hadisə qadınların uşaqları ilə birgə dua üçün çaya girmələri zamanı baş verib: "Təəəssüf ki, çayda itkin düşən xeyli insanımız da var. Onların meyitlərinin axtarışları davam edir. Bu, həm də itkilərin çoxalacağı deməkdir".

Baş nazir Nitish Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib. O, faciə ilə üzləşən ailələrə  təzminat ödəniləcəyini də deyib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR