İCRA BAŞÇISININ QARDAŞINI TOK VURUB - Kolbasa sexində

İCRA BAŞÇISININ QARDAŞINI TOK VURUB - Kolbasa sexində

CƏMİYYƏT

25.09.2024, 13:55

Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib.

Mia.az lent.az-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən "Ay-min" MMC-də (kolbasa şirkəti) qeydə alınıb.

Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb.

Modern.az-ın məlumatına görə isə o, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşıdır.

Hadisənin dünən baş verdiyi qeyd edilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR