Vahid Ələkbərovun bankı 43 nəfəri məhkəməyə verib - Evləri əllərindən alınır
24-09-2024 [11:41]
Rusiyada yaşayan milyonçu Vahid Ələkbərova məxsus olan “Yelo Bank” 43 nəfərin evindən çıxarılması üçün məhkəmələrə müraciət edib.
Mia.az Tribunainfo.az-a istinadla xəbər verir ki, bank bununla bağlı məhkəmədə 7 ayrı iş üzrə iddia qaldırıb. Bu işlərin əksəriyyəti bir neçə aydır ki, davam edir.
Dünən Sumqayıt Apellyasiya Məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə baş tutan işdə 21 nəfər cavabdeh qismində iştirak edib. İddianı qaldıran “Yelo Bank” Hümbətov Orxan, Səmədova Səba, Baxışova Natəvan, Sevdiməliyeva Nazilə, Sahibov Əliheydər, Sahibova Aygün, Hümbətli İsmayıl, Hümbətova Elşad, Hümbətov Tural, Hümbətov Zahid, Hümbətova Qərənfil, Sahibova Sədayə, Sahibov Mayis, Sahibov Surxay, Sahibov Emin, Hümbətova Gülşən, Hümbətli İlkin, Sahibova Fatimə, Sevdiməliyev Ramin, Sahibov Tehran və Hümbətli Durnanın yaşadığı mənzildən çıxarılmasını tələb edir. İşin mahiyyəti mənzil mübahisəsidir.
“Yelo Bank”ın qaldırdığı digər mənzildən çıxarılma üzrə işə isə sabah Sumqayıt şəhər Məhkəməsində hakim Gülnarə Tağızadənin sədrliyi ilə baxılacaq. Bank bu prosesdə də 4 nəfərdən ibarət Əsgərovlar ailəsinin evindən çıxarılmasını tələb edir. Mənzilindən çıxarılanlar Əsgərova Sevinc, Əsgərova Sveta, Əsgərov Cəlal, Əsgərov Nicatdır.
Digər mənzil mübahisəsi ilə bağlı işə isə 30 sentyabr tarixində Abşeron rayon Məhkəməsində hakim Mirnəsir Mirhəsənlinin sədrliyi ilə baxılacaq. Bu prosesdə də “Yelo Bank” cavabdeh olan Sadıxov Əjdər, Məmmədov Rasim, Məmmədov Elçin, Məmmədova Sevda, Sadıxova Nuranə və Məmmədov Hüseynin yaşadıqları mənzildən çıxarılmasını tələb edir.
30 sentyabr tarixində Ağsu rayon Məhkəməsində də “Yelo Bank”ın iddiası əsasında bir ailənin mənzilindən çıxarılması tələbi ilə qaldırılan daha bir işə baxılacaq. Bank bu prosesdə də Əhmədov İntiqam, Əhmədova Əzimə, Əhmədova Samirə və Əhmədov İldırımın yaşadığı evdən çıxarılmasını tələb edir.
Daha bir işə isə 7 oktyabr tarixində hakim İlqar Hüseynovun sədrliyi ilə İsmayıllı rayon Məhkəməsində baxılacaq. “Yelo Bank” Əsgərov Əsəd, Əsgərova Afət və Əsgərova Fətulla ilə bağlı iddia qaldırıb və onların mənzildən çıxarılmasını tələb edir.
Eyni gündə sözügedən məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə bankın bir başqa ailəyə qarşı qaldırdığı mənzil mübahisəsinə də baxılacaq. Bu prosesdə isə cavabdeh Mitəlova Şəhla, Əsgərli Müşfiq, Əsgərova Ayna, Əsgərov Fərhaddır. “Yelo Bank” bu ailənin də mənzilini əlindən almağa çalışır.
Bir başqa prosesdə isə bank iddianı Qurbanov Səhrəddin Yasin oğluna qarşı qaldırıb. Bu işin mahiyyəti də alqı-satqı müqaviləsi üzrə mübahisədir. Bank vətəndaşın evindən çıxarılmasını tələb edir.
Qeyd edək ki, “Yelo Bank”da kredit götürənlərlə müqavilələri bankın kredit komitəsinin sədri Anar Həsənov və kiçik kredit komitəsinin sədri İbrahim Quliyev imzalayır. Bankın problemli kreditləri də bu iki şəxsin adı ilə bağlıdır.
Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, bank vətəndaşın evinin əlindən alınması ilə bağlı ancaq iki halda iddia qaldıra bilər:
“Birinci hal oldur ki, əgər mənzil götürülən kreditə görə banka girov qoyulubsa, kreditin qaytarılmadığı təqdirdə bank kreditgötürəni məhkəməyə verə bilər. Məhkəmə qaydasında da həmin ev hərraca çıxarılır və satılandan sonra həmin pul kreditə yönəldilir. Həmin pulla kredit bağlanırsa, iş bitir. Pul artıq qalırsa, vətəndaşın özünə verilir. Pul krediti bağlamağa yetmirsə, krediti götürən şəxsin banka yenə də borcu qalmış olur.
İkinci hal odur ki, vətəndaşın banka borcu var və borcu ödəyə bilmir. Bank borcu həmin şəxsin digər mənzil və ya evinə yönləndirir ki, əlavə ev satılsın və borc ödənsin. Burada da prosedur eynidir.
Bank kredit verərkən kredit götürənin girov qoymasında ona görə maraqlı olur ki, onun krediti ödəyə bilməyəcəyi təqdirdə verilmiş pul batmasın”.
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib