İsrail qırıcıları Livanı bombardman edir - Ölkənin cənubunda yanğınlar başlayıb

img

20-09-2024 [00:04]


İsrail ordusu bir neçə saat əvvəldən başlayaraq, Livanın cənubunda bir çox hədəflərə hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mediası yazıb.

Bildirilib ki, zərbələr indiyə qədərki hücumlardan çox sərt olub: "İsrail ordusunun hava zərbələri endirdiyi ərazilərdən çox uzaqlardan görünən alovlar qalxıb. İlkin məlumata görə, İsrail qırıcıları 50-dən çox hava hücumu həyata keçirib".

Hücumda həlak olan və yaralananlar haqda hələlik informasiya olmadığı deyilir.

Livan hakimiyyəti və İsrail ordusundan da heç bir açıqlama verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA