İsrail aviasiyası Livana zərbə endirib - Hizbillah liderinin çıxşına dəqiqələr qalmış...

img

19-09-2024 [17:57]


Bu gün az əvvəl İsrail aviasiyası Livana zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qeyd edilib  ki, "Hizbullah"a aid olan bir çox hədəflər darmadağın olunub.

Maraqlı budur ki, İsrail ordusunun həyata keçirdiyi hava zərbələri "Hizbullah" lideri Nəsrullahın çıxışından bir neçə dəqiqə əvvəl təşkil edilib.

İsrail mətbuatı hücumların "genişmiqyaslı" olduğunu yazsa da, Livan rəsmiləri hələ də bombardmanla bağlı açıqlama verməyib.

Digər tərəfdən, "Hizbullah" İsrailin şimalındakı bəzi bölgələrə raket zərbələri endirib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA