İran 2 milyon əcnəbini ölkədən deport edəcək - General tarix verdi

img

18-09-2024 [09:10]


İran illərlə ölkəyə sığınaraq sənədsiz yaşayan əcnəbilərə qarşı sərt tədbirlərlə başlayacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran polis qüvvələrinin generalı Əhməd Rza Radan dövlət televiziyasına müsahibəsində danışıb.

O, 2025-ci lin mart ayına qədər 5 milyondan çox qanunsuz yaşayan miqrantları ölkədən çıxaracaqlarını bəyan edib: "Biz ilin sonunadək hazırda ölkədə yaşayan 2 milyona yaxın əcnəbi haqda deport prosesini həyata keçirəcəyik. Onların demək olar ki, mütləq əksəriyyəti əfqandır. 2025-in  mart ayına qədər isə bu rəqəmi 5 milyona çatdıracağıq".

General xatırladıb ki, 1979-cu ildə Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra İrana əfqan "sel"i başlayıb: "Son illərə qədər bu axın davam edib. Onların mütləq əksəriyyəti sənədsiz yaşayırlar ki, bu da yolverilməzdir. Onlar ölkələrinə dönməlidir, dönəcəklər".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR