"Nizami İcra Hakimiyyətinin rəhbər şəxsləri..." - Deputatlığa namizəd etiraz edir
SİYASƏT
17.09.2024, 14:10
24 saylı Nizami birinci seçki dairəsində baş verən saxtakarlıqlar haqda ötən yazılarımızda dəyərli oxucularımıza məlumat vermişdik. Qeyd etmişdik ki, 1 sentyabr 2024-cü il tarixində keçrilən parlament seçkiləri zamanı bu dairədə kütləvi qanun pozuntusu və saxtakarlıq baş vermişdir.
Belə ki, 36 məntəqənin hər birində “karusel əməliyyatı” aparılmış, Nizami Rayon İcra Hakimiyyətinin rəhbər şəxslərinin nəzarəti altında xüsusi qruplar maşınlarla məntəqələrə daşınmış, bir nəfər beş-altı, bəzi hallarda isə on məntəqədə qanunsuz olaraq səs vermişdir. Bu saxtakarlıqlar birbaşa icra hakimiyyəti tərəfindən hər bir məntəqəyə təhkim olunan vəzifəli şəxslərin, “JEK” müdirlərinin, məktəb direktorlarının, eləcə də digər rəsmi qurumların rəhbərlərinin göstərişi ilə həyata keçirilmişdir. Şübhəsiz ki, bu insanlar da “daha yuxarılar”dan təlimat almışdılar. Məqsəd bu rayonda normal vəziyyətdə 50-100 səs alması belə şübhə altında olan, seçkinin ilkin nəticəsinə görə “qalib” elan edilən Könül Nurullayevanı zorla yenidən Milli Məclisə soxmaq idi.
Bu işdə təkcə rəsmi şəxslər deyil, çirkli kapital sahibləri, qanunsuz yollarla külli miqdarda sərvət toplayan “iş adamları” da aktiv rol almışdılar. Onların missiyası istər DSK rəhbərliyini, istər məntəqə sədrlərini, istər də bu saxtakarlıq prosesində iştirak edən hər bir fərdi öz səlahiyyətləri çərçivəsində pulla ələ almaq idi. Təbii ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz şəxslər də hər bir seçki prosesində olduğu kimi, bu dəfə də özlərini açıq şəkildə “satışa çıxarmışdılar”.
Məlumat üçün bildirək ki, K.Nurullayevanın seçki prosesini maliyyələşdirən şəxslərdən biri də adı mətbuatda çoxsaylı qalmaqallarda hallanan, “Xəmsə” şadlıq sarayının rəhbəri Mürvət Həsənli idi. Hansı ki, o, öz çirkli pulları ilə bizi də satın almağa cəhdlər etmiş, müxətlif şəxslər vasitəsilə səlahiyyətli nümayəndəmizlə və vəkillərimizlə görüşməyə çalışmışdır. Maraqlıdır ki, bu şəxs açıq şəkildə K.Nurullayevanın seçki xərclərinin ödənilməsi ilə bağlı ona “yuxarı”dan göstəriş verildiyini etiraf edərək, namizədliyimizi geri götürməyin qarşılığında bizimlə də “anlaşa biləcəyini” bildirmişdir...
Qeyd etdiyimiz kimi, saxtakarların hər birinin dəyərini onların sahib olduqları vəzifə müəyyən edirdi. Amma bu prosesdə heç bir vəzifəsi olmayan, rəhbərlik tərəfindən insan yerinə qoyulmayan təmizlik işçiləri də var idi ki, onlar ya işlərini itirməmək, ya da 10-20 manat qarşılığında çox böyük həyasızlıqla məntəqə-məntəqə gəzərək, qanunsuz olaraq səs verirdilər.
Şübhəsiz, bu “karusel əməliyyatı”nda məktəb rəhbərliyi qədər bəzi sıravi müəllimlərin də özünəməxsus “xidmətləri” var idi. Onlar da təmizlik işçiləri kimi, “karusel”in bir parçası olmaqla yanaşı, dərs dedikləri şagirdlərin valideynlərini müxtəlif yollarla saxtakarlıq prosesinə qoşur, onları Könül Nurullayevanın xeyrinə səs verməyə təşviq edirdilər. Eynilə, tibb işçiləri və digər dövlət qurumlarının işçiləri haqqında da bu fikri demək olar.
Ən acınacaqlısı isə odur ki, istər 24 saylı Nizami birinci seçki dairəsinin, istər də 36 məntəqənin hər birinin rəhbərliyi və komissiya üzvləri bu saxtakarlığa açıq şəkildə şərait yaradırdılar. Məsələn, məntəqələrdə müşahidəçilərimizin və vəkillərimizin seçkini müşahidə etməsinə ciddi əngəllər törətməklə yanaşı, seçki qutularına topa-topa bülletenlər atırdılar. Üstəlik, səslərin sayılması zamanı da müşahidəçilərin və vəkillərin bülletenləri yaxından görməsinə imkan yaradılmır, əvvəlcədən masa altında gizlədilmiş hazır bülletenlər toplu halda K.Nurullayevanın səslərinə əlavə edilirdi.
Əminliklə deyə bilərik ki, hər bir məntəqədə həyata keçirilən “karusel əməliyyatları”na və seçki qutusuna topa-topa bülletenlər atılmasına rəğmən, seçki gününün sonunda Könül Nurullayevanı qalib elan etmək üçün yetərli səs toplanılmamışdı. Bu baxımdan, bütün məntəqə sədrlərinə onun “xeyrinə yığılan” səslərin sayının ən azı 3-4 dəfə artırılması haqda təlimat gəlmişdi. Üstəlik, bu təlimata uyğun olaraq bizim səsimiz ən azı 3-4 dəfə azaldılmalı idi. Odur ki, bütün məntəqələrdə səslər sayılıb, yekun nəticə elan olunduqdan sonra müşahidəçilərimizə təqdim olunan protokollarda rəqəmlər ən azı 3-4 dəfə yüksək göstərilmişdi. Halbuki, bizim əlimizdə hər bir məntəqədə səs verən seçicilərin dəqiq sayını əks etdirən sənədlər var idi. Buna baxmayaraq, məntəqə sədrləri “mən işimi itirə bilmərəm” deyərək, K.Nurullayevanın səslərinin sayını süni surətdə artırmışdılar.
Yeri gəlmişkən, 4 məntəqədə təlimatı yerinə yetirə bilmədikləri üçün müşahidəçilərimizə protokol verilməkdən imtina edilmiş, 6 məntəqədə isə protokollar imzasız və möhürsüz təqdim olunmuşdu. Maraqlıdır ki, bütün bu saxtakarlıqlar da yetərli olmamış, iki gün sonra MSK-nın “qaynar xəttinə”ə etdiyimiz şikayətlər əsasında DSK-dan ala bildiyimiz protokollarda Könül Nurullayevanın xeyrinə olan səslərin sayı bir qədər də artırılmışdı.
04.09.2024-cü il tarixində prosedur qaydalarına uyğun olaraq 24 saylı Nizmi birinci seçki dairəsində keçirilən seçkinin nəticəsinin ləğv olunması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etdik. Təbii ki, 36 məntəqənin hər birində tərtib olunan aktlar və saxta yollarla göstəriciləri şişirdilən protokollar da məktuba əlavə olundu. Elə həmin gün MSK-dan məlumat verildi ki, bu quruma ünvanladığımız məktub “araşdırılması”üçün DSK-ya göndərilib. Halbuki, biz MSK sədri Məzahir Pənahova müraciətimizdə məhz DSK rəhbərliyinin qanunsuz əməllərindən, məntəqə seçki komissiyalarının saxtakarlıqlarından şikayət etmişdik. Bu baxımdan da seçki saxtakarlıqlarına rəhbərlik edən qurum və ya şəxslərin öz cinayət əməllərini etiraf etməyəcəyi bizə bəlli idi.
Elə gözlədiyimiz kimi də oldu. DSK sədri Niyazi Nəcəfovun və katiblərin imzası ilə 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının bizə təqdim etdiyi qərarında şikayətimizin “əsassız” olduğu iddia olundu. Həmçinin, DSK-nın rəhbər şəxslərindən biri səlahiyyətli nümayəndəmizlə telefon danışığında “siz MSK-ya müraciət edərək bizə qarşı müharibə açmısınız, biz də sizə müharibə elan edirik”, - deyə öz qərarlarına “haqq qazandırmağa” çalışmışdı.
Təbii ki, DSK-nın öz saxtakarlıqlarını ört-basdır edən məlum qərarı tərəfimizdən qəbul edilə bilməzdi. Bunun üçün öz şikayət hüququmuzdan istifadə edərək, MSK-ya növbəti məktub ünvanladıq. Bu dəfə məlum sənədlərə 24 sayı Nizami birinci seçki dairəsində baş verən seçki saxtakarlıqlarını əks etdirən foto və videogörüntülər də əlavə olundu. Çox qəribədir ki, müraciətimiz MSK-ya çatar-çatmaz DSK rəhbərliyi tərəfindən çoxsaylı zənglər almağa başladıq. Cəmi iki gün əvvəl öz saxta qərarları ilə “bizə müharibə açan” DSK rəhbərliyi, bu dəfə “anlaşma” təklif edirdi. Özü də bu anlaşma təkcə Niyazi Nəcəfovun adından deyil, Nizami rayon İcra Hakimiyyətinin başçıs Coşqun Cəbrayılovun adından təklif olunurdu. Yəni qarşı tərəf MSK-dan şikayətimizi geri çəkməyimizin əvəzində bizə icra başçısı tərəfindən müəyyən vəsait ödəniləcəyini vəd edirdilər.
Əlbəttə, vəsaitin həcmindən asılı olmayaraq, sözügedən təklif tərəfimizdən qəbul oluna bilməzdi. Odur ki, qarşı tərəfə onların təbirincə, “müharibənin davam etdiyi” haqda cavab verdik. Bundan sonra isə, DSK rəhbərliyindən daxil olan çoxsaylı zəngləri cavabsız buraxdıq.
Beləliklə, ötən bazar günü MSK rəhbərliyinə ünvanladığımız şikayət məktubu mənim iştirakımla araşdırıldı. Təbii ki, mövcud reallıqlar çərçivəsində sentyabrın 1-də 24 saylı Nizmi birinci seçki dairəsində keçirilən seçkinin nəticəsinin ləğv olunacağını gözləmək sadəlövhlük olardı. Amma MSK-dakı araşdırma zamanı bunun üçün əlimizdə yetərli faktlar olduğunu sübut etməyə çalışdıq. Çox təəssüflə qeyd edirik ki, bütün bunlara rəğmən, MSK cəmi beş məntəqədə (4, 6, 28, 31, 33 saylı) səsvermənin nəticələrini etibarsız hesab etdi.
Məlumat üçün deyim ki, əslində qalan məntəqələrin böyük əksəriyyətində daha ciddi saxtakarlıqlar mövcud idi və bu, müvafiq sənədlərdə də öz əksini tapır. Lakin, görünür, MSK cəmi 5 məntəqənin nəticəsini ləğv etməklə K.Nurullayevanın saxtakarlıqla deputat seçildiyini etiraf etsə də, onu himayə edən şəxslərlə üz-üzə gəlməkdən ehtiyat edib. Bu, həm də MSK-nın şikayətləri formal araşdırdığının bariz nümunəsidir, çünki əgər bu ləğvetmə seçkinin nəticəsinə təsir etmirsə, yəni saxtakarlıq ortadan qalxmırsa, 5-10 məntəqədə səsvermənin nəticəsini etibarsız hesab etməyin nə əhəmiyyəti var?
Odur ki, MSK saxtakarlıqlara göz yummaqda olsun, biz öz haqqımızı hüquq müstəvisində sonunadək müdafiə edəcəyik!
Ülviyyə ŞÜKÜROVA,
24 saylı Nizami birinci seçki dairəsindən millət vəkilliyinə namizəd
Hurriyyet.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
Bugün, 00:34 SİYASƏT
-
Məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu
Bugün, 00:21 MƏDƏNİYYƏT
-
TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ ŞOK: 110 min yer boş qalıb, 30 mindən çox isə... - Azərbaycandan qardaş ölkə üniversitetlərinə axın niyə azalır?
Bugün, 00:10 GÜNDƏM
-
"Kurtlar Vadisi"nin "Ömər Baba"sı "şübhələnirdim" dedi, istintaqa çağırıldı - Kəşfiyyatçının şübhəli ölümü işi böyüyür
Bugün, 00:08 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
ABŞ İrana uçuşlara icazə verən ölkələri hədələdi: "Dollar sistemindən çıxaracağıq"
Bugün, 00:01 İQTİSADİYYAT
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi
21.09.2026, 23:03 MƏDƏNİYYƏT
-
“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından təsirli sözlər
21.09.2026, 21:54 CƏMİYYƏT
-
AzTV-nin keçmiş işçisi AAYDA-da yeni vəzifəyə olunub
21.09.2026, 20:51 İQTİSADİYYAT
-
"Fənərbağça" komandası Bakıya gəlir - Bu tarixdə
21.09.2026, 19:55 İDMAN
-
Xəzər dənizində zəlzələ olub
21.09.2026, 18:40 GÜNDƏM
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
21.09.2026, 18:06 GÜNDƏM
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
21.09.2026, 18:01 GÜNDƏM
-
Vilayət Eyvazov xidmətə qəbul olunmaq istəyən 203 nəfərİ seçim turunun növbəti mərhələsinə buraxıb - VİDEO
21.09.2026, 17:38 CƏMİYYƏT
-
Avropa İttifaqı "Google"u 403 milyon avro cərimələdi
21.09.2026, 17:22 PRESS
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
21.09.2026, 17:09 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.09.2026, 17:00 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialının daha bir aktyoru istintaqa çağırıldı
21.09.2026, 16:57 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev sərəncam imzaladı
21.09.2026, 16:36 GÜNDƏM
-
İcra başçısı müavini DSK-ya sədr təyin olunub
21.09.2026, 16:12 CƏMİYYƏT
-
Cavid Hüseynovla Zaur İsmayılov istefaya göndərildi
21.09.2026, 16:06 İDMAN
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
21.09.2026, 15:56 MƏDƏNİYYƏT
-
UNİVERSİTETLƏ İNSTİTUT BİRLƏŞDİ - Baş nazir qərar verdi
21.09.2026, 15:42 GÜNDƏM
-
“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanılıb
21.09.2026, 15:32 KRİMİNAL
-
Serdar Ortaç vəsiyyətini açıqladı - Boğaziçi mənzərəli evi kimə qalacaq?
21.09.2026, 15:19 MƏDƏNİYYƏT
-
ABŞ iranlı jurnalistlərə viza verməyib
21.09.2026, 15:12 PRESS
-
Qarabağ zonasında daha 1840,3 ha ərazi minalardan təmizlənib
21.09.2026, 15:04 GÜNDƏM
-
"Real Madrid": "Elə edirlər ki, klub olaraq az qalırsınız bu liqadan çəkiləsiniz"
21.09.2026, 14:49 İDMAN
-
Hörmüz boğazında yenə neft tankeri vurulub
21.09.2026, 14:14 DÜNYA
-
Deputat Su Ehtiyatları Agentliyi ilə "İcbari tibbi sığorta"nı tənqid elədi: "Təcrübəli işçilərin sürətlə dəyişdirilməsi..."
21.09.2026, 14:10 GÜNDƏM
-
Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət ünvanlayıb: "Cavid Qurbanovun fəaliyyətini yoxlatdırın..."
21.09.2026, 13:52 CƏMİYYƏT
-
Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - ƏƏSMN-də növbəti təyinat
21.09.2026, 13:37 İQTİSADİYYAT
-
"YENİ HÜCUM OLSA, MÜHARİBƏNİN ÇOĞRAFİYASINI DƏYİŞƏCƏYİK" - Tehran dünyanı heyrətləndirəcək yeni silahını da işə salacağını iddia edir
21.09.2026, 13:23 GÜNDƏM
-
Bakıda polis əməliyyatı: saxlanılanlar var
21.09.2026, 13:11 KRİMİNAL