Goranboyda məktəbdə qan töküldü - 17 yaşl şagird ayağından bıçaqlandı

img

16-09-2024 [14:02]


Goranboy rayonunda məktəbdə bıçaqlanma hadisəsi olub.

Mia.az xəbər verir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb.

Məktəblilər arasında olan mübahisə bıçaqlanma ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A.Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R.Musayevin törətməsi məlum olub(Report).

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA