Gəncədə kriminalların "razborkası": "Lotu Quli"nin adamı ilə “Gəncəli Firdovsi”nin adamları üz-üzə gəliblər
KRİMİNAL
06.09.2024, 11:11
Gəncə Apellyasiya Məhkəməsində kriminal aləm üzvləri arasında baş verən silahlı insidentdə adam bıçaqlamaqda təqsirləndirilən “Gəncəli Püsük” ləqəbli Vüsal Süleymanov və Fariz Səmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin edilib.
İttiham aktına əsasən, 9 yanvar 2018-ci ildə “Gəncəli Püsük”, Fariz Məmmədov və bir neçə istintaqa məlum olmayan şəxslərlə kriminal aləmdə özünü tanıdan “Gəncəli Firdovsi” kimi tanınan avtoritetin adamları ilə Göygöl rayonu Qızılca kəndi ətrafında görüşüblər.
Söhbət zamanı qarşı tərəfə öz güclərini göstərmək məqsədilə Vüsal Süleymanov və Fariz Səmədov tərəfindən silahdan havaya atəşlər açılıb. Mübahisə zamanı Vüsal Süleymanov “Gəncəli Firdovsi”nin tərəfdarı olan Ruslan Əsgərovu bıçaqlayıb. Hadisə zamanı tərəflər hadisə yerindən uzaqlaşıb. Hadisədən bir il keçəndən sonra “Gəncəli Püsük” polis əməkdaşları tərəfindən Bakı şəhər Xəzər rayonunun Mərdəkan qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.
Şahidlərin istintaqa verdiyi ifadələrindən məlum olur ki, mübahisəyə səbəb Gəncə şəhərinin “kriminal vəziyyəti”nə kimin baxılması ilə bağlı olub. Şahidlərin ifadəsində qeyd edilir ki, 2018-ci ildə “Lotu Quli” ləqəbli Nadir Səlifov Gəncə şəhəri üzrə “Püsük”ü təyin edib. Lakin “Lotu Quli”ni qanuni oğru kimi tanımayan “Gəncəli Firdovsi” bu “praqon”a etiraz edib. “Gəncəli Firdovsi” kriminal aləmdə çox tanımış və nüfuzlu avtoritet kimi qəbul edilir. Bu səbəbdən tərəflər arasında qarşıdurma olub.
Faktla bağlı Vüsal Süleymanov və Fariz Səmədov Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Süleymanovun və Fariz Səmədova verilən ittihamlar dəyişdirilib. Belə ki, onlara qarşı irəli sürülən Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.
Məhkəmənin hökmü ilə “Gəncəli Püsük” 8 il, Fariz Səmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə istintaq dövründə barəsində polis nəzarəti qətimkan tədbiri seçilən Fariz Səmədov məhkəmə zalında həbs edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Polis "yox" dedi, ADY "əl çəkmədi" - Azyaşlını cəzalandırmaq istəyən "Dəmir Yolları” QSC məhkəmədən də "əliboş" çıxdı
Bugün, 18:43 CƏMİYYƏT
-
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi açılıb
Bugün, 18:05 İQTİSADİYYAT
-
Yağışlı hava mayın sonunadək davam edəcək - Xəbərdarlıq
Bugün, 17:29 GÜNDƏM
-
Jurnalistdən AZAL-a sərt ittihamlar: "İnsafınız olsun, Ankaradan Bakıya min manata bilet olar?!" - QİYMƏTLƏR KƏLLƏ-ÇARXA ÇIXIB
Bugün, 14:14 İQTİSADİYYAT
-
Ağdərə və Ağdamdai arxeoloji abidələr aşkarlanıb - FOTOLAR
Bugün, 13:04 MƏDƏNİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:48 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş deputata "Şöhrət" ordeni verdi - Sərəncam
Bugün, 12:10 GÜNDƏM
-
İrandan Azərbaycana narkotik keçirən TIR sürücüsü saxlanıldı
Bugün, 11:54 KRİMİNAL
-
Azərbaycan nefti 100 dollara satılır
Bugün, 10:03 İQTİSADİYYAT
-
Rusiya PUA-sı Rumıniyada yaşayış binasına çırpılıb - Yaralılar var
Bugün, 09:02 DÜNYA
-
Şirvan Mərkəzi Xəstəxanasında 13 minlik internet xidməti sual doğurdu
Bugün, 08:47 CƏMİYYƏT
-
AZAL hesabatlılıq prinsipini pozub - Dövlət şirkəti rəqəmləri niyə gizlədir? + SƏNƏD
Bugün, 08:31 İQTİSADİYYAT
-
Prezidentin qızları Lənkəranda - FOTOLAR
Bugün, 08:11 GÜNDƏM
-
18 yaşlı azərbaycanlı Niderlandda göldə boğulub
Bugün, 08:04 GÜNDƏM
-
Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - Distant təhsil alan nazir haqda şok VİDEO
Bugün, 07:43 GÜNDƏM
-
Putinin təyyarəsi belədi: geniş salonu, konfrans otağı, mətbəxi, istirahət otağı və... -VİDEO
Bugün, 00:39 DÜNYA
-
“Temu” çökür, yoxsa çökdürülür? - Diqqətli olaq!
28.05.2026, 23:34 İQTİSADİYYAT
-
Abşeronda göl daşdı: yüzlərlə evi çirkab və qrunt suları basdı - VİDEO
28.05.2026, 23:31 CƏMİYYƏT
-
Paşinyan tək deyil: Qərb onun arxasındadır - TƏHLİL
28.05.2026, 23:22 SİYASƏT
-
İlham Əliyev Şuşadan görüntü paylaşdı - VİDEO
28.05.2026, 20:44 GÜNDƏM
-
Nazpəri Dostəliyeva evinizdən oğurlanan 311 min manatdan danışdı: "6 gənc idi, 5-i isə idmançıydı"
28.05.2026, 18:32 MƏDƏNİYYƏT
-
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
28.05.2026, 18:20 GÜNDƏM
-
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO
28.05.2026, 17:42 CƏMİYYƏT
-
7 QHT rəhbəri “Azəriqaz” yanında İctimai Şuranın üzvü seçildi - Aralarında SOCAR-ın keçmiş prezidenti də var + SİYAHI
28.05.2026, 15:40 CƏMİYYƏT
-
İlham Əliyev Xankəndi və Şuşada - Prezident sakinlərlə görüşüb (FOTOLAR, YENİLƏNİB)
28.05.2026, 14:58 GÜNDƏM
-
İlham Əliyev Xankəndidə Zəfər parkında - FOTOLAR
28.05.2026, 14:28 GÜNDƏM
-
Sabah yağış yağacaq
28.05.2026, 13:14 CƏMİYYƏT
-
“O zaman biz – mən, Tamerlan Qarayev və Ziyad Səmədzadə..." - Sabiq deputatdan açıqlama (FOTO)
28.05.2026, 13:07 SİYASƏT
-
Rövşən Nəcəf İtaliyada - Yeni vəzifəyə təyin olunan sabiq nazir rəsmi təqdimatda göründü (FOTOLAR)
28.05.2026, 11:54 İQTİSADİYYAT
-
Rusiyadan Ermənistana karbamid və un göndərilib - Azərbaycandan tranzit keçməklə...
28.05.2026, 11:05 İQTİSADİYYAT
-
ABŞ dövlət katibindən Azərbaycana mesaj: "Tərəfdaşlığın daha da möhkəmləndirilməsi və Cənubi Qafqazda..."
28.05.2026, 10:41 SİYASƏT
-
ABŞ İranı yenə vurdu, SEPAH operativ cavab verdi - Bölgədə gərginlik artır
28.05.2026, 09:17 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 102 dollara düşdü
28.05.2026, 09:09 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
28.05.2026, 00:15 MƏDƏNİYYƏT