İordaniyadan İsrailə açıq mesaj: "Bunu müharibə elanı kimi qiymətləndirəcəyik" - Almaniyalı nazir Tel-Əvivə səsləndi
06-09-2024 [00:03]
İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi İsrailə çox açıq müharibə xəbərdarlığı edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ölkəsinə gələn almaniyalı həmkarı Annalena Baerbock ilə birgə mətbuat konfransında İsrailin Qəzzanı xarabalığa qoyduqdan sonra indi də işğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etmək xəyalına düşdüyünü bəyan edib.
Nazir Qəzzadan sonra İordan çayının qərb sahilinin və bütün bölgənin döyüş bölgəsinə çevrilmə təhlükəsinin çox yaxın olduğunu deyib: "Bu, baş vermədən beynəlxalq ictimaiyyəti hərəkətə keçməli və İsraili dayandırmalıdır. İsrail bölgədəki vəziyyəti daha da pisləşdirməkdən çəkinməli, Fələstin torpaqlarındakı vandalizmə son verməldiir. açqı deyirəm, İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etmək cəhdini müharinə elanı kimi qiymətləndirəcəyik".
HƏMAS və İsrail arasında danışıqlara toxunan İordaniya xarici işlər naziri bildirib ki, hər dəfə olduğu kimi, bu dəfə də İsrailin baş naziri Benyamin Netanyahunun mövqeyini dəyişib: "O, yenə də danışqıarı pozmaq mqəsədiylə yeni şərtlər irəli sürüb və niyyətinə çatıb. Danışıqlarla atəşkəsi və girov mübadiləsini həmişə o, pozub..."
Almaniyanın xarici işlər naziri isə İsrailli nazirlərin Qüdsdəki müqəddəs yerlərlə bağlı bəyanat və hərəkətlərini pisləyib: "Bunlar mövcud gərginliyi daha da artırır. israilli nazirlər bundan çəkinməlidir".
Almaniyanın İsrailə silah satışını niyə dayandırmadığı sualına Baerbok belə cavab verib: "Silah ixracı ilə bağlı sərt siyasət izləyirik. Deyə bilərəm ki, İsrailə ixrac etdiyimiz silahlar müharibə silahı deyil".
Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətin Livan və İrana keçməsi ehtimalından danışan Baerbok bildirb ki, Orta və Yaxın Şərq əsl fəlakət astanasındadır: "Bu kontekstdə daimi sülh üçün addım atılmalıdır. Müstəqil Fələstin dövləti sülhün daimi təminatıdır..."
Tahir Şəlvəli
MİA.AZ
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb
İran ordusu 3 saat ərzində ABŞ-İsrail bazalarına ağır zərbələr endirdi: "İki tonluq raketlərdən də istifadə olunub"
İsveçrədə avtobusda dəhşətli intihar - 6 nəfər yanaraq kül oldu
QARABAĞIN DAHA İKİ BÖLGƏSİNƏ KÖÇ OLDU
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb
İsrail Beyrutu bombalayıb
İran BƏƏ-ni 9 ballistik raket, 35 PUA ilə vurdu - 6 nəfər həlak olub
Finlandiya prezidenti İlham Əliyevə zəng edib
İsrafçılıq və ehtiyac
İsraildə Azərbaycan vətəndaşları həlak olub (Yenilənib)
Daha bir tiktoker həbs edildi
Gəncənin Baş planı təsdiqlənib
Könül Həmzəyeva axtarışa verildi
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
Kartof niyə bahalaşır? - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul edib
TRAMP "İRANLA GÖRÜŞƏ HAZIRAM" DEDİ, TEHRANDAN RƏDD CAVABI GƏLDİ: "Ağzına yumruq vuracağıq"
“Mənim ailəmin şəxsi həyatına daxil olmayın" - Tahir İmanov vəhhabi olması haqqında iddialara belə reaksiya verdi + VİDEO
Ağdaşda qızı qaçıran oğlan və dostları həbsə göndərilib
Tehranda itkilərin sayı artır - Ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb
Aralıq dənizində zəlzələ olub
"Qoşadaş"da dəniz dibinin tədqiqatına başlanılır - Açıqlama
"Fitch" İranla bağlı proqnoz verib
Daha bir amerikalı hərbçi həlak oldu
"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO
Ülviyyə Axundova yeni vəzifəyə təyinat aldı
"Zülfiyyə xanım icazə vermədi, eybi yox" - VİDEO
"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı