İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq? - Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə... (TƏHLİL)
05-09-2024 [15:23]
ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.
Aydındır ki, islam ölkələri arasında həmrəylik istənilən səviyyədə deyil. Xüsusən sünni-şiə ayrımçılığı İslam Dünyasının bir araya gəlməsinə imkan vermir.
Söz açdığımız məqalədə deyilir ki, son bir neçə həftədə Yaxın Şərq İran-İsrail qarşıdurmasının müharibəyə çevrilmək təhlükəsi ilə sarsılıb. İsrail HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyəni İran ərazisində öldürdü. Rəsmi Tehran İsrailə sərt cavab verəcəyini vəd etdi.
Hazırda İran hesablama aparır ki, onun ərəb qonşuları İranla İsrail arasında müharibədə hansı tərəfi tutacaq?
Bu sualın cavabının konturları aprelin 19-da İranın tarixində ilk dəfə olaraq üç yüzdən çox raket və pilotsuz uçan aparatla İsrailə birbaşa hücumu zamanı bəlli idi.
Aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluq binasına havadan zərbə endirdi. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin koordinasiyasında iştirak edən yüksək rütbəli zabitlərin yığışdığı konsulluq binası vuruldu. Buna cavab olaraq İran hərəkətə keçdi. Bu hücum zamanı İrana Yəməndəki müttəfiq husi üsyançıları, Livandakı Hizbullah və İraqdakı şiə milisləri qoşuldu, eyni zamanda Suriya ordusundan da müəyyən dəstək gəldi.
Digər tərəfdən, İsrailin müdafiəsinə təkcə Qərb müttəfiqləri - ABŞ, Böyük Britaniya və Fransa deyil, ərəb qonşusu İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də qalxdı. Belə ki, ərəb ölkələri kəşfiyyat məlumatlarını İsrailə ötürdü. Bir sözlə, İran daha çox qeyri-dövlət aktorlarına güvənməli oldu, Yaxın Şərqdəki bəzi böyük dövlətlər isə İsrailə kömək etdi.
Lakin ərəb ölkələrinin İsrailə dəstəyi açıq şəkildə ortada deyildi. Minlərlə fələstinlinin ölümünə səbəb olan Qəzza zolağına aylarca davam edən vəhşi hücumdan sonra ərəb küçələrində və ərəb paytaxtlarında İsrailə qarşı böyük qəzəb var. Ona görə də aprel ayında İsrailə yardım edən ərəb ölkələri dəstəklərini açıq şəkildə bəyan etməkdən çəkindilər. Səudiyyə Ərəbistanı İsrail ilə əməkdaşlığı ilə bağlı bəzi xəbərləri təkzib etməli oldu, İordaniya isə sadəcə öz hava məkanını qoruduğunu bildirdi. BƏƏ İsrailin Dəməşqə hücumunu pisləyən ilk ölkə oldu, bunu Səudiyyə Ərəbistanı və Tehranla əlaqələri olmayan Bəhreyn istisna olmaqla, Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) bütün digər üzvləri də etdi. Bir sözlə, bir çox ərəb ölkəsi İrana qarşı İsrailin müdafiəsinə qalxdı, lakin bunu əl altdan etməyə üstünlük verdi.
Aprel qarşıdurması məhdud həddə oldu. İranın nümayişkaranə hücumu İsrail və onun müttəfiqləri tərəfindən məharətlə dəf edildi. Yalnız bir uşaq ciddi yaralandı (ərəb-yəhudi əsilli). Aprelin 19-da İsrail İranın əsas nüvə obyektlərindən biri olan İsfahandakı obyektə hücum etdi. Hava hücumundan müdafiə sistemi sıradan çıxarıldı...
Görünən odur ki, ərəb dövlətləri müharibədə maraqlı deyil. Son illərdə bu ölkələr yenidənqurma və iqtisadi inkişafa diqqət yetirmək üçün münaqişələrin və mübahisələrin aradan qaldırılmasına üstünlük verib və bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş əldə olunub.
2020-ci ildə Qətər Ər-Riyad və Manama ilə əlaqələri bərpa edərək, Körfəz Əməkdaşlıq Şurası daxilində mövcud olan böyük çatlağı aradan qaldırdı. Bu da öz növbəsində Qətərin müttəfiqi olan Türkiyəyə Ər-Riyad və Əbu-Dabi ilə münasibətləri bərpa etməyə kömək etdi.
İsrailin dörd ərəb dövləti - BƏƏ, Bəhreyn, Mərakeş və Sudan tərəfindən tanındı. Onlardan üçünün hazırda İsraillə əhəmiyyətli diplomatik və hərbi əlaqələri var. Hətta Suriya rejimi də Ərəb Liqasının tərkibinə geri qaytarıldı və prezident Bəşər Əsəd indi BƏƏ ilə sıx əlaqələrə malikdir. Misir də bu ilin əvvəlində Türkiyə ilə əlaqələri bərpa etdi və indi İranla müntəzəm əlaqə saxlayır, baxmayaraq ki, iki ölkənin münasibətləri hələ də istənilən səviyyədə deyil. Ən önəmlisi odur ki, 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı vasitəçi qismində çıxış edən Çinin köməyi ilə diplomatik əlaqələri bərpa edərək, 2016-cı ildə başlayan və Fars körfəzindəki bir neçə ərəb dövləti ilə əlaqələrin səviyyəsinin aşağı düşməsinə səbəb olan böyük mübahisəyə son qoydular. O vaxtdan bəri İsrail İran, Bəhreyn istisna olmaqla, bütün Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əlaqələri bərpa etdi.
Bir sözlə, ərəb dövlətləri həm öz aralarında və həm də regionun digər ölkələri ilə münasibətləri yumşaltmağa çalışırlar. Son bir neçə ayda onlar həmçinin ABŞ və İsraili atəşkəs əldə etməyə və İranla daha geniş qarşıdurmadan yayınmağa sövq edirlər.
Avqustun 4-də İordaniyanın xarici işlər naziri Ayman Safadinin Tehrana səfəri zamanı açıq-aydın şəkildə mesaj verdi ki, bu səfər son iyirmi ilin ən yüksək səviyyəli səfəridir: "Biz regionumuzun təhlükəsizlik, sülh və sabitlik içində yaşamasını və gərginliyin sona çatmasını istəyirik", - Safadi dedi.
Daha sonra o, "Biz İran və ya İsrail üçün döyüş meydanı olmayacağıq", dedi. Səudiyyə Ərəbistanı, BƏƏ və digər ərəb dövlətləri də bölgədə mövcud olan gərginliyin azaldılması üçün oxşar çağırışlar səsləndirir.
Bəllidir ki, ərəb dövlətlərinin hərbi mövqeyi ABŞ-la sıx bağlıdır. Bu, ona görə vacibdir ki, İran və İsrail arasında hər hansı bir müharibə qaçılmaz olaraq regiondakı qoşunlarının sayını 40 min nəfərə çatdıran və İsrail qarşısında etibarlı təhlükəsizlik öhdəlikləri olan ABŞ-ı münaqişəyə cəlb edəcək. ABŞ bazaları Körfəz Əməkdaşlıq Təşkilatına üzv olan altı ölkənin hamısında, həmçinin İraq, Suriya, İordaniya, İsrail, Türkiyə və Cibutidə mövcuddur.
İranın və ya onun müttəfiqlərinin hər hansı bir addımı əks nəticə verə bilər. Belə ki, İraq, Bəhreyn , Yəmən və Livandan başqa bütün ərəb ölkələrində sünnilər çoxluq təşkil edir. Bu ölkələrdə ictimai rəy şiələrin çoxluq təşkil etdiyi İrana qarşı müsbət deyil. Ancaq başqa amillər də var.
İqtisadi cəhətdən problemli Livanda Hizbullah anti-İsrail mövqeyinə və İsrailin Livan ərazisinə hücumlarına qarşı çıxdığına görə hətta qeyri-şiə əhali arasında da müəyyən dəstək alır. Ancaq Hizbullah ölkəni dözə bilməyəcəyi bir müharibəyə soxa biləcəyi aşkar görünsə, Həzbullah həm də əks reaksiya ilə üzləşə bilər.
İraqda baş nazir Məhəmməd əl-Sudani Tehranın dəstəklədiyi siyasi partiyaların və milislərin dəstəyindən istifadə edir. Hətta o da aprel ayında regionun İran və İsrail arasında “gərginliyə tab gətirə bilməyəcəyini” deyərkən Körfəz ölkələrinin liderləri ilə eyni mövqedən çıxış etmiş olub.
Avqustun 13-də o, dövlət katibi Antoni Blinkenlə danışıb və “eskalasiyanın qarşısının alınmasının vacibliyini” bildirib. Hətta İranın ən möhkəm ərəb müttəfiqi olan Suriya da Ərəb Liqası və BƏƏ ilə əlaqələrini genişləndirməyi düşünür - bu səbəbdən Dəməşq Husiləri tanımağı dayandırdı və keçən il onların diplomatik nümayəndələrini ölkədən qovdu. Husi üsyançıları İranın ən mühüm müttəfiqlərindəndir və Qırmızı dənizdə ticarəti pozaraq və səudiyyəlilərə hücumları bərpa etməklə öz strateji mövqelərindən istifadə edə bilərlər. Lakin onlar Ər-Riyadla müntəzəm olaraq dialoqu da davam etdirirlər və 2022-ci ildən bəri əsasən hərəkətsiz olan Yəmən-Səudiyyə müharibəsini bərpa etməkdə maraqlı görünmürlər.
Bir sözlə, daha genişmiqyaslı müharibə olacağı təqdirdə İran ABŞ bazalarına ev sahibliyi edən ərəb ölkələrinin əhatəsində qalacaq. Ona görə də İranın münaqişədən qaçmaq üçün bir çox səbəbləri var. Belə bir müharibənin nəticələri çox güman ki, iştirak edən bütün tərəflər üçün fəlakətli olacaq...
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir
RƏİS VƏ BİZNESMENLƏRİN GİZLİ İŞBİRLİYİ İFŞA OLUNUB - Prokurorluq detalları açıqladı
Fransada "Bert" fırtınası: 9 əyalətdə "həyat sönüb"
Saytlara pul ayrılacaq - Müsabiqə
Daşqın və sel olacaq - Xəbərdarlıq
"Kartdan karta" üsulu ilə işləyən daha 258 sahibkar cərimələnib
Kiçik, orta, böyük qrant müsabiqələrinə layihələrin qəbulu başlayıb
Bu ölkələrdən ölkəmizə ət məhsullarının idxalına məhdudiyyət qoyulub
Gürcüstan prezident seçkilərinə hazırlaşır
Estetik cərrah Ülviyyə İlyasovadan şikayət var - Səbəb + VİDEO
Səadət Partiyasının sədri istefa verdi, yeni sədr seçildi - "Səhhətim vəzifəmi icra etməyə mane olurdu" - FOTOLAR
Əli Əsədov qərar imzalayıb - Meşələrə vurulan ziyanla bağlı
Prezidentdən Kəlbəcərlə bağlı paylaşım - VİDEO
Film kimi qətliam: əvvəl ana, ana və bacısını güllələdi, sonra yeznəsi və... - Narkoman dəhşət saçdı (FOTOLAR)
Məktəblərdə dərslər başlayıb
Əsgərlikdən yayınmaq üçün dietoloq yanında getdi - Sürətlə kökələn şəxs cəzalandırıldı
Beyrut növbəti dəfə bombalanıb - Nəsrullahın köməkçisi öldürülüb?
Pakistanda əşirətlər arasında silahlı toqquşma: 92 nəfər öldürülüb, 200-dən çox yaralı var - Döyüşlər hələ də gedir
İsrail əsgərləri daha 12 fələstinlini həbs edib
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Elçin Cavadovun "STEAM" və "Əməyin mühafizəsi və təhlükəsizliyi" adlı dərs vəsaitlərinin təqdimatı olub - VİDEO, FOTOLAR
Ərdoğanla Putin arasında telefon danışığı olub