Yeni deputat 6032 dollarlıq əl çantasından danışdı: "Bu, kimin axmaq ağlına gəlir" - FOTO
03-09-2024 [14:24]
Milli Məclisə seçkilərdə 76.6 faiz səs toplayaraq qalib gələn Hicran Hüseynovanın istifadə etdiyi əl çantası sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bildirilib ki, xanım Hüseynovanın çantasının qiyməti endirimlə 6032 dollardır. Bu isə təqribən 10 000 manat edir.
Musavat.com məsələ ilə bağlı Hicran Hüseynova ilə əlaqə saxlayıb. O, yayılan məlumatları təkzib edib:
“Həmin çantanı Çindən gətirtmişəm. Orada çox ucuzdur. Mən heç vaxt baha heç nə almamışam. İkinci də, bu, kimin axmaq ağlına gəlir... Əşi yaxşı, mən belə şeyləri müzakirə etmək istəmirəm”.
Qeyd edək ki, Hicran Hüseynova 42 Saylı Sumqayıt Birinci Seçki Dairəsindən 76.6 faiz səs toplayıb.
O, 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru, professordur. 20-dən çox monoqrafiya, dərslik və elmi məqalənin müəllifidir. “Şöhrət” ordeni ilə təltif edilib. Fransanın Milli Fəxri Legion ordeninə layiq görülüb. Rus və ingilis dillərini bilir.
1977-1988-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbin müəllimi, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi, baş müəllimi, 1993-2006-cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dosenti, professoru, dekan müavini, 2000-2006-cı illərdə Bakı Dövlət Universiteti Elmi Şurasının sədri olub. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının üzvüdür. 2006-cı ildən Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya kafedrasının müdiridir. 1999-2003-cü illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, 2006–2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olub. Evlidir, 2 övladı var.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)