İmişlidə toy yarımçıq saxlanılıb

img

02-09-2024 [17:18]


İmişli Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra rayonda 17 yaşlı qızın toyu təxirə salınıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a bildirilib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR