Keçmiş "Azərsu"da yoxlama: bir çox məsul şəxslər vəzifədən çıxarılıblar, saxlanılanların olduğu deyilir (SİYAHI) - Yenilənib

img

02-09-2024 [17:21]


Keçmiş "Azərsu"nun bazasında yaradılan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xeyli vəzifəli şəxs postlarından azad olunub.

Mia.az xəbər verir ki, müvafiq əmrlərlə Suraxanı Sukanal idarəsinin rəisi və baş mühəndisi Mehman Haşımov vəzifədən azad ediliblər: "Onlarla yanaşı, Xətai Sukanal idarələrinin baş mühəndisi Əbülfəz Mamayev və Nərimanov Sukanal idarəsinin baş mühəndisi Ramiz Əliyev də vəzifədən çıxarılıb".

Mia.az-ın əldə etdiyi məlumata görə, hazırda qurumun keçmiş və indki bəzi əməkdaşları haqda yoxlama da başlayıb: "Hətta xəbər var ki, Suraxanı Sukanal idarəsinin baş mühəndisi Mehman Haşımov saxlanılıb...".

***

Mia.az-a verilən məlumatlara görə, xidmət rəisi Köçərli Həsənovun köməkçisi Əfqan Məmmədov da yoxlamanın hədəfi olub: "Onun ifadəsinin alnması haqda xidmətdə söz-söhbətlər  kütləviləşib..."

Bu və ya digər məqamlarla bağlı dəqiqləşdirmələlərimiz davam edir.

Məsələyə rəsmi münasibət öyrənə bilmədik.

(Xəbər yenilənəcək)

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR