Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." - MÜSAHİBƏ
30-08-2024 [23:39]
9 saylı Binəqədi Seçki Dairəsindən deputatlığa namizəd, AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Mia.az-a müsahibə verib.
Onunla söhbətə 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərindən başladıq:
- Əli bəy, seçkdə finala yaxınlaşırıq. Milli Məclis üzvlüyünə namizəd olaraq, seçki prosesini necə dəyərləndirərdiz?
- Oncə ondan başlamaq istərdim ki, cəmiyyət və siyasi cameə növbədənkənar parlament seçkilərini deyil, daha çox Konstitusiya dəyişikliyini, referendum gözləyirdi. Çünki cəmiyyətin və dövlətin idarəedilməsi üçün daha təkmil Konstitusiyaya zərurət vardı. Bunlar edilmədən qəfil növbədənkənar parlament seçkiləri elan edildi. Heç bir ciddi arqument və izah gətirilmədən yay mövsümündə ölkə üçün böyük əhəmiyyət kəsb edən Milli Məclis seçkilərinin təyin edilməsi onu deməyə əsas verdi ki, hökümət fundamental islahatlara, demokratik idarəçiliyə və müasir dövrün çağrışlarına cavab verən dəyişikliklərə həvəsli deyil.
Sadəcə, müəyyən korrektələr və kosmetik dəyişikliklər etməklə ənənəvi idarəçilik sistemini saxlamaq yolu tutub. Mən müstəqilliyinə təkrar qovuşduqdan sonra Azərbaycanda keçirilən bütün seçkilərdə - prezident, parlament, bələdiyyə seçkilərində müxtəlif görəvlərdə, məntəqə seçki komissiyasında üzvlükdən tutmuş dairələr üzrə səlahiyyətli şəxs kimi fəal şəkildə iştirak etmişəm.
AMİP tərəfindən 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən parlament seçkilərinə 3 dəfə namizədliyim irəli sürülüb və ciddi şəkildə mübarizə və seçki kampaniyası aparmışam. Lakin indiki parlament seçkiləri kimi passiv, total nəzarət altında olan seçkilərə rast gəlməmişəm. Cəmiyyət bu seçkilərə sözün əsil mənasında tamamilə laqeyd, həvəssiz və inamsız yanaşır.
Mən imzatoplama mərhələsində özüm şəxsən iştirak edərək qapı-qapı imza toplamışam. Seçicilərin verəcəyi ilk sual adımın deputat olacaq şəxslərin siyahısında olub-olmaması və yuxarıların razılığının alınıb-alınmaması ilə bağlı olub.
Bu onu göstərir ki, cəmiyyət seçkili institutların formal olduğu və deputatın da seçkilərlə deyil, təyinatla mandat aldığı qənaətindədir. Bu, çox təhlükəli haldır və Azərbaycanın gələcəyi üçün real risklər deməkdir.
Olkədə parlament seçkilərinin keçirilməsi qətiyyən hiss edilmir. Namizədlər üçün təbliğat-təşviqat kampaniyası aparması üçün hər il mövcud olan məhdud imkanları da daraldıblar. Seçicilərlə kütləvi tədbirlərin keçirilməsi çətinləşdirilib.
Misal üçün, mənim deputatlığa namizədliyim irəli sürülən dairədə seçicilərlə iki görüş - biri açıq, biri isə qapalı məkanda MSK tərəfindən yer müəyyənləşdirilib. Həmin yerlər də elə seçilib ki, seçicilərin ora gəlməsi və yaxud mesajların çatdırılması mümkün deyil.
Bu məhdudiyyət təşviqat plakatlarının yayılmasında da özünü göstərir. Namizəd təşviqat plakatlarını ancaq məntəqə seçki komissiyalarının dislokasiya yerindəki lovhələrdən asa bilər. Bildiyiniz kimi, məntəqə komissiyalarının əksəriyyəti təhsil müəssisələrində, məktəblərdə, uşaq bağçalarında, universitetlərdə, həmçinin poliklinikalar və s. yaradıldığından seçicilərin həmin təbliğat vasitələri ilə tanış olmaq imkanları demək olar ki, sıfıra bərabərdi. Yay mövsümündə insanların istirahətə, dincəlməyə üstünlük vermələr, seçkiyə olan laqeyd münasibəti daha da artırır.
1 sentyabrda keçiriləcək seçki olkənin inkişafı və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edəcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycanda bu seçkilərlə seçki institutlarına olan cəmiyyətdəki neqativ və ümidsiz yanaşma bir qədər də möhkəmləndi.
- Sizə hər hansı bir sünii problem yaxud əngəllər yaradıldımı?
- Seçki qanunvericiliyinin tətbiqi ilə bağlı prosedur qaydalarda hər hansı bir qüsurla, cətinliklə rastlaşmadıq. Təzyiq və qanun pozuntuları da olmadı. Rayon İcra strukturlarından da hələ ki, hər hansı müdaxilələr baş vermədi. Mən bu dairədə yad deyiləm. Həm bu seçki dairəsinin ərazisində yaşayıram, həm də bundan əvvəl də 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputatlığa namizəd olmuşam. Bizim tələbimiz və istəyimiz seçkilərin normal qaydada keçirilməsi, qanun pozuntularına yol verilməməsindən ibarətdir. Ki, belə hallarla da hələ ki, rastlaşmamışıq.
Dairə Seçki Komissiyasının peşəkarlığına və ədalətliliyinə kölgə salmaq istəməzdim. Elə məsələlər var ki, Dairə Seçki Komissiyasından asılı deyil. Mən deputatlığa namizəd olaraq maraqlıyam ki, bərabər rəqabət mühiti yaradılsın və qalibi seçicilərin özü müəyyənləşdirsin. Baxmayaraq seçki kampaniyası dövründə seçiciləri fəallığa, səsverməyə təşviq etməyə çalışsaq da, seçki fəallığının qənaətbəxş olacağını düşünmürəm.
- Əvvəlki seçkilərdən fərqli olaraq 1 sentyabrda keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidəçilər, xüsusən də Qərbdən olan müşahidəçilər elə də çox deyil. Sizcə, bu tərkiblə seçkiləri ölkə üzrə əhatəli müşahidə etmək mümkün olacaqmı? Mətbuatdan da məlum olduğu kimi, xarici müşahidəçilər müxalifətin irəli sürdüyü namizədlərlə görüşüb və seçki prosesi barədə müzakirələr aparıb. AMİPlə və Sizinlə belə bir görüş keçirilibmi?
- Bildiyiniz kimi, hər dəfə keçirilən seçkiləri beynəlxalq müşahidəçilər də izləyirlər. Depuatalığa irəli sürülən namizədlərin qeydə alınması başa çatdıqdan sonra ATƏT müşahidəçiləri ilə AMİP arasında belə bir görüş keçirildi. Seçkilərin gedişi barədə fikir mübadiləsi aparıldı. Eyni zamanda, digər Qərb institutları da seçkiləri diqqətlə izləyəcəklər. Xüsusən də, müxalifətin şanslı namizədlərinin olduğu dairələr onların nəzarətində olacaq. O cümlədən mənim namizəd olduğum 9 saylı Binəqədi İkinci Seçki Dairəsi də.
Düzü, namizəd olaraq parlament uğrunda mübarizə apardığım seçki dairəsinin xarici müşahidəçilərin hesabatlarında hansısa formada hallandırılmasına maraqlı deyiləm. Bu seçki dairəsinə müşahidəçilərin xüsusi diqqət yetirməsinin səbəblərindən biri də müxalifət düşərgəsini yalnız mənim təmsil etməyimdir.
Məlumat üçün deyim ki, həmin dairədə deputat mandatı uğrunda mübarizə aparan 8 namizəddən 6 namizəd bitərəfdir. İki namizəd - mən AMİP, digəri Kəmaləddin Qafarov isə YAP tərəfindən irəli sürülüb. Bu dairədə müxalifətin vahid namizədi olma şansım da var və ümid edirəm ki, digər maxilif partiyalar məni dəstəkləyəcəklər.
Xarici müşahidəçilərin seçkilərlə bağlı yekun rəyləri adətən konyuktur xarakterli olması düşüncəsindəyəm. Bir sıra hallarda seçkilərdə baş verən qanun pozuntularından, saxtalaşdırılmadan, kənar müdaxilələrdən demokratik dəyərlərin prizmasından daha çox, maraqların təmin edilməsi üçün istifadə edilib. Azərbaycana qarşı təzyiq alətinə çevrilib. Hər dəfə də sonda “bir addım irəli” qiyməti verilib və heç bir effektiv təsir vasitələri tətbiq edilməyib, seçkini saxtalaşdıranlara qarşı çəkindirici effektiv addımlar atılmayıb.
Məncə, ölkədə ədalətli, şəffaf və demokratik seçkilərə nail olmağın yollarını əsasən Azərbaycanda özümüz tapmalıyıq və cəmiyyətlə seçkidən-seçkiyə deyil, mütəmadi işləməliyik.
Demoktik qüvvələrin fikir birliyinə nail olmaq lazımdır. Doğrudur, bu dediklərim bir qədər absurd və qeyri-real səslənsə də, təcrübə göstərib ki, beynəlxalq təşiklatlar və müşahidəçilərə ümid olub müsbət dəyişikliklərə nail olmaq mümkün deyil. Müəyyən siyasi dəstək almaq bəlkə də mümkündür, ancaq beynəlxalq istitutlara və bütünlükdə Qərbə köklənmək yanlış yanaşmadır.
- Əli bəy, bir sıra mətbuat orqanlarında deputat mandatı uğrunda rəqabətin əsasən sizinlə YAP namizədi arasında gedəcəyini yazırlar. Heç kəsə sirr deyil ki, iqtidar partiyası böyük maliyyə və inzibatı resurslara malikdir. Sizcə, belə qeyri-bərabər rəqabət şəraitində, həm də seçki fəallığı çox aşağı dəyərləndirilən vəziyyətdə şansınızı necə qiymətləndirirsiz? Özünüzdə bu qədər inam hardandır ki, belə böyük resurslara malik partiyanın irəli sürdüyü namizədə, deputata qarşı özünüzü real alternativ görürsüz? Adınıza da yuxarıda dediyiniz deputat seçiləcək namizədlərin siyahısında rast gəlməmişik.
- Mən peşəkar siyasətçiyəm. AMİP yaranandan onun sıralarında və 1995-ci ildən partiyada müxtəlif məsul vəzifələrdə çalışmışam. Hazırda partiyanın Siyasi Şurasının üzvü, Mərkəzi Şuranın İnsan hüququları Daimi Komissiyasının sədri, “Millət” qəzetinin baş redaktoruyam.
Mən heç vaxt bədbinliyə qapılmamışam və ən çətin dönəmlərdə belə ruhdan düşməmişəm. Siyasətçi idmançı kimi həmişə formada olmalıdır və təkcə qalib gəlməyi deyil, məğlub olma ehtimalını da düşünüb hər vəziyyətə özünü hazırlamalıdır. Ən əsası heç bir siyasətçi mübarizəyə məğlub olmaq üçün qoşulmur. Siyasətçi prosesləri və durumu öz xeyrinə dəyişməyi bacarmalıdır.
Doğrudur, YAP-ın namizədinin kifayət qədər geniş resursları var, ancaq bu heç də hər şeyin bitməsi demək deyil. Bizim də seçkilərdə öz təsirli imkanlarımız var. Bu maliyyə və inzibati olmasa da, mənim gücüm xalqda, tərəfdarlarımda və seçicilərdədir.
Binəqədi rayonunda sabit elektoratım var. Fədəkar və prinsipial Seçki Qərargahım qısa zaman kəsiyində çox böyük iş gördü, seçicilərlə aktiv işlədi. Fürsətdən istifadə edərək, mənə bu prosesdə yaxından dəstək olan və kömək edən, qələbəmizə şübhə etmədən durmadan çalışan dostlara təşəkkürümü bildirirəm.
Vurğuladığımız kimi, 9 saylı Binəqədi İkinci Seçki Dairəsində Rəsulzadə, keçmiş Xutorda yaşayıram. Burda işləmişəm. Seçicilərlə gündəlik təmasdayam. Problemlərimiz də, istək və tələblərimiz də eyni xarakter daşıyır. Seçicilərin məni, mənim də seçiciləri yaxından tanımağım mənə böyük stimul verir.
Seçicilərlə məhəlləarası görüşlərdə də, fərdi söhbətlərdə də bu isti münasibəti bir daha gördüm. Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm. Seçicilər bilirlər ki, mən əksər deputatlar kimi əl çatmaz, ün yetməz olmayacam. Mən zatən həmişə çalışmışam ki, imkanlarım daxilində insanların problemlərinin həllində dəstək olam. Başqaları kimi seçkidən seçkiyə “əl öpüb”, gözqamaşdırıcı vədlər verib, bəzi aztəminatlı insanların sosail durumlarından sui-istifadə edib, şəxsi maraqlarımı güdməmişəm. Bir halda ki, prezident İ.Əliyev özünü xalqın xidmətçisi hesab edirsə, deputatlar da dövlət başçısından nümunə götürüb xalqa xidmət etməli, seçicilərinin daim yanında olmalıdır. Hesab edirəm belə bir ənənənin formalaşdırılması üçün seçicilər kimi seçəcəklərini, kimə səs verəcəklərini düzgün müəyyənləşdirməlidir.
O ki qaldı bəzi şəxslərin və internet resurslarında səsləndirilən “siyahı” məsələsinə və adımın “təyin ediləcək deputatların siyahısında olmaması” iddiasına, bunu kökündən səhv və zərərli hesab edirəm.
Hakimiyyətdəki bəzilərinin seçkilərin saxtalaşdırılması, öz adamlarını qanunsuz yolla parlamentə salması cəhdləri həmişə olub. Şəxsi maraqlarını dövlət və milli maraqlardan üstün tutan belə qüvvələrin indi də öz çirkin oyunlarını oynayacaqlarını istisna etmirəm. Onlar çalışır ki, ölkədə seçki instututları tam sıradan çıxarılsın, xalq dövlətin idarəedilməsindən və suveren hüquqlarının seçdiyi nümayəndələri vasitəsi ilə həyata keçirilməsindən kənarlaşdırılsın. Ələbaxan və üzüyola parlament formalaşdırılmasına nail olunsun. Hesabatlılıq və şəffaflıq olmasın. Təəssüf ki, bu cür hakimiyyətdaxili qüvvələrin dəyirmanına bəzi müxalifət adamları da su tökməklə məşğuldur. Cəmiyyəti tam ruhdan salmağa, mübarizlik rühünü öldürməklə məşğuldur.
Hakimiyyətdəki bəzi qrupların məsədi aydındır, özünü müxalifət adlandıran şəxslərin bu "proses"də fəal iştirakı başa düşülən deyil. Olkədə seçkil institutlarının möhkəmləndirilməsi və seçkilərə cəmiyyətin maraqğının artması müxalifətin bir nömrəli vəzifəsi olmalıdır. Ona görə də, mənə heç kimin siyahısı lazım deyil. Mənə xalqın, seçicilərin etimadı və səsi lazımdır. Bu istiqamətdə də, bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik. Şübhə etmirəm ki, 125 parlament mandatından birini seçicilərimiz mənə etibar edəcək.
Samir Musayev
MİA.AZ
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir
RƏİS VƏ BİZNESMENLƏRİN GİZLİ İŞBİRLİYİ İFŞA OLUNUB - Prokurorluq detalları açıqladı
Fransada "Bert" fırtınası: 9 əyalətdə "həyat sönüb"
Saytlara pul ayrılacaq - Müsabiqə
Daşqın və sel olacaq - Xəbərdarlıq
"Kartdan karta" üsulu ilə işləyən daha 258 sahibkar cərimələnib
Kiçik, orta, böyük qrant müsabiqələrinə layihələrin qəbulu başlayıb
Bu ölkələrdən ölkəmizə ət məhsullarının idxalına məhdudiyyət qoyulub
Gürcüstan prezident seçkilərinə hazırlaşır
Estetik cərrah Ülviyyə İlyasovadan şikayət var - Səbəb + VİDEO
Səadət Partiyasının sədri istefa verdi, yeni sədr seçildi - "Səhhətim vəzifəmi icra etməyə mane olurdu" - FOTOLAR
Əli Əsədov qərar imzalayıb - Meşələrə vurulan ziyanla bağlı
Prezidentdən Kəlbəcərlə bağlı paylaşım - VİDEO
Film kimi qətliam: əvvəl ana, ana və bacısını güllələdi, sonra yeznəsi və... - Narkoman dəhşət saçdı (FOTOLAR)
Məktəblərdə dərslər başlayıb
Əsgərlikdən yayınmaq üçün dietoloq yanında getdi - Sürətlə kökələn şəxs cəzalandırıldı
Beyrut növbəti dəfə bombalanıb - Nəsrullahın köməkçisi öldürülüb?
Pakistanda əşirətlər arasında silahlı toqquşma: 92 nəfər öldürülüb, 200-dən çox yaralı var - Döyüşlər hələ də gedir
İsrail əsgərləri daha 12 fələstinlini həbs edib
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Elçin Cavadovun "STEAM" və "Əməyin mühafizəsi və təhlükəsizliyi" adlı dərs vəsaitlərinin təqdimatı olub - VİDEO, FOTOLAR
Ərdoğanla Putin arasında telefon danışığı olub