Rəsmi Moskva: "Bu, oğurluqdur"

img

29-08-2024 [15:52]


"Avropa İttifaqı tərəfindən dondurulmuş Rusiya aktivlərindən gələn gəlirlərin Ukraynaya köçürülməsi oğurluqdur".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Avropa İttifaqı (Aİ) tərəfindən dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsini dünyada anoloqu olmayan hadiusə sayıb və bunun çox pis president yaradacağını bildirib: "Bu, qanunsuz bir hərəkətdir. Bu, oğurluqdan başqa bir şey deyil. Bunun cavabı, əlbəttə, olacaq".

Avqustun 24-də Fransada saxlanılan "Telegram"ın qurucusu Pavel Durovun məhkəmə qarşısına çıxarılması haqda sualı da cavablandıran Peskov bildirib ki, bunun siyasi təqibə çevrilməməsi vacibdir.

Xatərladaq ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell dondurulmuş Rusiya aktivlərinin əməliyyatından əldə edilən gəlirin daha 1,4 milyard avrosunun Ukraynaya köçürüldüyünü açıqlayıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq