Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək

img

27-08-2024 [20:42]


Azərbaycan-Türkiyə münasibətləri bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək.

Mia.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

Nazir deyib ki, digər sahələrdə olduğu kimi, siyasət və diplomatiya sahəsində də Azərbaycanla Türkiyənin mövqeyi birdir: “Bu, qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Bu, beynəlxalq münasibətlərdə də belə davam edəcək. Hesab edirik ki, bu əlaqələr bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək”.

Ceyhun Bayramov sonda türkiyəli həmkarını Azərbaycana səfərə dəvət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA