AzTV-də maraqlı tender: şou verilişi üçün 28 min 875 manatlıq sendviç sifariş verildi

img

24-08-2024 [11:08]


Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) ehtimal qiyməti 28 min 875 manat olan tender müsabiqəsi (Açıq tender) elan edib.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsi “Düşən Pullar” televiziya şousunun çəkiliş məkanında yaradıcı heyətin və kütləvi səhnələrdə iştirakçıların qidalanması (“Catering") xidmətinin satınalınması ilə bağlıdır.

Bildirilir ki, AzTV 30 gün müddətində hər gün 230 ədəd sendviç (sendviç çörəyi, toyuq əti 100 qram, kahı, xiyar, pomidor, moyenez) və 6 900 ədəd 0,5 litr su (təbii mineral) alacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR