Tənzilə Rüstəmxanlı: “Bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq” - MÜSAHİBƏ
18-08-2024 [15:11]
“Hər bir neftçalalıdan daha artıq neftçalalı olub dövlət qurumlarından laızm olanı tələb edəcəm”.
Bu fikirləri 70 saylı Neftçala seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) deputatlığa namizədi, VHP sədrinin müşaviri, Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı Musavat.com-a müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
- Tənzilə xanım, parlament seçkiləri ilə bağlı kütləvilik və seçici marağı ilə müşahidə olunan təşviqat kampaniyası keçirən az sayda namizədlərdən birisiniz. Sirr deyilsə, bu uğurlu prosesin səbəbi nədir?
- Mən ictimai-siyasi mübarizədə dünənin adamı deyiləm. Milli Azadlıq Hərəkatının ilk günündən bu yoldayam. Əl qoyduğum hər bir işdə seçilmək, qatıldığım işləri uğurla aparmaq ümdə prinsipimdir. Qarabağ savaşının ilk günlərindən “Azərittifaq”ın məsul işçisi kimi başçılıq etdiyim yardım işlərindən tutmuş, Azərbaycan-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin sədri olaraq Qarabağ, Türk Dünyası həqiqətlərini dünyaya çatdırmağa qədər hər çalışmamda yüksək nəticəyə nail olmağa çalışmışam. Bu, eqo deyil. Bu tutduğun yola, hədəfə sayğı, gördüyün işə məsuliyyətdir. Seçki təşviqatına gəldikdə isə belə bir el məsəlimiz var: “Niyyətin hara, mənzilin ora”. Bu gün Neftçalanın hər bir kəndində sevgi və coşqu ilə qarşılanmağım tutduğum yolun məntiqi nəticəsidir. Xalq düzü əyridən seçməyi bacarıb, ona görə kiməm deməyə, bunun geniş təbliğatını aparmağa ehtiyac olmadı.
- Neftçala zamanında sosial-iqtisadi baxımdan inkişaf edən rayonlarımızdan olsa da, yəqin ki, bu gün müəyyən problemlər var. Seçici nə deyir? Neftçala insanını hansı problemlər narahat edir?
- Doğru deyirsiniz ki, Neftçala zamanında həm kənd təsərrüfatı, həm də sənaye baxımdan öncül rayonlarımızdan biri olub. Təəssüf ki, bu infrastruktur sovet quruluşu ilə birgə dağıldı və insanların həyat şəraitində ciddi çətinliklər yarandı. Maraqlıdır ki, müstəqillik illərində də uzun müddət sanki Neftçala yaddan çıxmışdı. Neftçalanın sosial-iqtisadi inkişafına dair dövlət proqramı vəziyyəti köklü surətdə dəyişib. Qürurla deyə bilərəm ki, Neftçalaya göstərilən bu diqqətdə namizədi olduğum partiyanın sədri, ötən seçkidə bu dairədən millət vəkili seçilmiş Sabir Rüstəmxanlının böyük rolu olub. Sabir bəyin Neftçala ilə bağlı həm Milli Məclisdəki çıxışları, həm də ölkə rəhbərliyinə müraciəti bu prosesə dəstək oldu. Bu gün görüşlərdə Neftçala seçiciləri də bunu minnətdarlıqla bildirirlər. Amma, sözsüz ki, bütün problemləri qısa müddət ərzində həll etmək mümkün deyil. Kəndlərdə yol, qaz və su problemləri var, insanlar iş yerlərinin azlığından şikayətçidirlər. Amma bütün bunlarla yanaşı, insanların içində inam var. Hər kəs əmindir ki, işğaldan azad edilmiş Qarabağda bu gün xarüqələr yaradan dövlətimiz ölkənin hər yerində öz vətəndaşını düşünür və onun həyatının yaxşılaşdırılması üçün əlindən gələni edəcək. Bu prosesi asan və rahat etmək üçün neftçalalıların əsl vəkili olan şəxsin parlamentdə olması vacibdir. Mən bu missiyanı uğurla yerinə yetirəcəyimə əminəm və seçicimə də söz verirəm ki, hər bir neftçalalıdan daha artıq neftçalalı olub dövlət qurumlarından laızm olanı tələb edəcəm.
- Azərbaycan ictimaiyyəti milli davanın adamı kimi tanıdığı Tənzilə Rüstəmxanlını indi fərqli ampluada – bir rayonun problemləri ilə məşğul olan millət vəkili kimi görəcək?
- Əsla! Mən mübarizə adamıyam və bu mübarizəni illərlə necə aparmışamsa, bundan sonra da aparacağam. Bu gün Neftçaladan olan soydaşımın yol, su, qaz, iş probleminin həlli üçün çalışmağım Qərbi azərbaycanlı, urmiyalı, kərküklü, Şərqi türküstanlı soydaşımın dərdini unutmaq anlamına gəlmir. Bu günə qədər millətim üçün savaşarkən mandatı vacib bilməmişəm. Seçicim etimad göstərərsə, mandat bu yolda ancaq addımlarımızı qətiləşdirə bilər.
- Seçki həm də mübarizədir. Bu mübarizədə bəzən rəqiblər qaydaları da pozurlar. Sizin dairədə bu baxımdan vəziyyət necədir?
- Bəli, seçki mübarizədir. Amma mən bu mübarizədə qələbə naminə həm rəsmi, həm də insani qaydaların pozulmasını heç cür anlaya bilmirəm. Əgər məqsəd xalqa xidmət, dövlətə sədaqətdirsə, demək, nəticə etibarə ilə bu mübarizədə uduzan da olmayacaq. Millət və dövlətə xeyirli olacaq qələbədə bir fərdin məğlubiyyəti önəmli deyil. Seçki həyatımız üçün kiçik bir andır. Axı ömür, hədəfə doğru getdiyimiz yol davam edir. Bir seçkinin nəticələrinə görə insani dəyərləri arxa plana keçirmək olmaz. Mən bütün rəqiblərimə bu xalqın övladları kimi baxıram, bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq.
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb
İran ordusu 3 saat ərzində ABŞ-İsrail bazalarına ağır zərbələr endirdi: "İki tonluq raketlərdən də istifadə olunub"
İsveçrədə avtobusda dəhşətli intihar - 6 nəfər yanaraq kül oldu
QARABAĞIN DAHA İKİ BÖLGƏSİNƏ KÖÇ OLDU
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb
İsrail Beyrutu bombalayıb
İran BƏƏ-ni 9 ballistik raket, 35 PUA ilə vurdu - 6 nəfər həlak olub
Finlandiya prezidenti İlham Əliyevə zəng edib
İsrafçılıq və ehtiyac
İsraildə Azərbaycan vətəndaşları həlak olub (Yenilənib)
Daha bir tiktoker həbs edildi
Gəncənin Baş planı təsdiqlənib
Könül Həmzəyeva axtarışa verildi