Departament: "Bakı və İrəvanla istənilən formatda işləməyə hazırıq"

img

17-08-2024 [13:59]


ABŞ Azərbaycan və Ermənistanla tərəflərin razılaşa və irəliləyiş əldə edə biləcəyi istənilən formatda işləməyə hazırdır.

Bu barədə ATƏT-in Minsk qrupunun gələcək formatı və bu məsələ ilə bağlı Amerika tərəfinin mövqeyi ilə bağlı sorğuya cavab olaraq ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

“ABŞ hökuməti Ermənistanla Azərbaycanın uzunmüddətli və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir. Biz tərəflərin razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəkləri istənilən formatda hər iki tərəflə işləməyə hazırıq”, - bəyanatda qeyd edilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA