Sui-qəsdlə öldürülən Haniyənin oğlu: "Allah atamı həmişə arzuladığı şəhadətə çatdırdı"

img

31-07-2024 [11:19]


Xəbər verdiyimiz kimi, bu gün səhər HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda sui-qəsdlə öldürülüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, HƏMAS liderinin oğlu Əbdüsselam Haniyə atasının plümü haqda açıqlama verib.

O, deyib ki, atası milli davası zamanı 4 dəfə sui-qəsd cəhdinə məruz qalıb: "Ancaq o, hər dəfə sağ qaldı. Bu gün Allah onu həmişə arzuladığı şəhadətə çatdırdı. Uşaqlığımdan atamla sürgündən tutmuş əsarətə, zülmə, çoxlu ailə üzvlərinin şəhid olmasına qədər vətən uğrunda mübarizənin bir çox mərhələsini yaşadıq və bu şərəfə çatdığım üçün Allaha şükür edirəm”.

Əbdüsselam Haniyə daha sonra deyib: "Atam Fələstin milli birliyinə önəm verib, Fələstin müqavimət cərgələrinin birliyi üçün səy göstərib və bu sui-qəsd müqavimətin əzmini dayandırmayacaq".

Tahir Şəlvəli

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR