Etna dağı yenidən kül və lava püskürüb - Uçuşlar dayanıb

Etna dağı yenidən kül və lava püskürüb - Uçuşlar dayanıb

DÜNYA

23.07.2024, 16:09

İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna yenidən kül və lava püskürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat paylaşıb.

Məlumata görə, Siciliya adasında yerləşən və hündürlüyü 3 min 30 metr civarında olan Etna dağının yenidən püskürməsi səbəbiylə uçuşlar müvəqqəti olaraq dayandırılıb: "Şünki göyün üzü küllə dumanlanıb..."

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan bildirilib ki, Etnanın yaydığı kül təxminən 8 kilometr yüksəkliyə çatıb.

Avropa qitəsinin ən yüksək aktiv vulkanı olan Etna dağında iyulun əvvəlindən bəri tez-tez vulkanik aktivlik müşahidə olunur.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR