Daha bir qadın “döyüşə” göndərilir – Tarixdə ilk yaşanacaqmı? (TƏHLİL)
22-07-2024 [17:26]
ABŞ Prezidenti Co Bayden prezidentlik uğrunda yarışdan çəkildi.
“Sizə prezident kimi xidmət etmək mənim üçün ən böyük şərəf idi. Yenidən seçilmək niyyətində olsam da, əminəm ki, yarışdan geri çəkilsəm və prezident səlahiyyətlərimin qalan hissəsini yerinə yetirməyə diqqətimi cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olar”, – o bildirib.
Bayden vitse-prezident Kamala Harrisin namizəd kimi irəli sürülməsini dəstəkləyib.
COVİD-19, yoxsa məğlubiyyət qorxusu?
C.Baydenin namizədliyini geri götürməsi diqqət çəkir. Belə ki, onun bir müddət öncə COVİD-19-a yoluxduğuna dair xəbər yayıldı. Hazırda COVİD-19-dan sağalmaq üçün Bayden Delaver ştatındakı evində özünü izolyasiya edib. O, bütün müzakirələrini telefon vasitəsilə həyata keçirib.
Əslində, bütün bunlar gözdən pərdə asmaq üçün hazırlanan bəsit bir şoudur. Yəni sanki Bayden xəstəlik səbəbindən geri çəkilir. Reallıq isə fərqlidir. Belə ki, ABŞ prezidenliyinə namizəd, eks-prezident Donald Trampa qarşı təşkil sui-qəsd seçki prosesinə ciddi təsir edib. Hadisə Trampı qorxutmadığı kimi, reytinqini də yüksəldib. Belə olan halda qoca Bayden və demokratlar onunla mübarizə apara bilməyəcəyini yaxşı anlayır. Əslində, Baydenin bundan sonra edə biləcəyi bir şey də yox idi, amma demokratlar yaxşı taktikaya əl atdılar.
Kod adı: Kamala Harris
Baydenin seçkidən geri çəkilməsi və vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürməsi kifayət qədər uğurlu taktikadır. Bu gedişin əsas səbəbi sırf Trampın reytinqinin kəskin artması ilə bağlıdır. Baydenin seçkidən çəkilmə qərarı Trampa təşkil edilən sui-qəsdi kölgədə qoydu. Üstəlik Kamala Harrisin namizəd olması seçki yarışında balansı yenidən eyniləşdirdi.
Harris seçiləcəyi təqdirdə ölkənin ilk qadın prezidenti olacaq. Belə ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Trampın rəqibi yenə bir qadın namizəd olan Hillari Klinton idi. Lakin hazırda vəziyyət tam fərqlidir. Yəni Kamala Harrisin şansı Hillari Klintondan daha çoxdur.
ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyiblər. Lakin qarşıda aylar var. Kamala Harris Trampı üstələmək üçün çox çalışmalıdır. Xüsusilə Baydenə görə demokratlara küsən cənub ştatlarının dəstəyini almaq mütləqdir. Bundan başqa, Trampın reytinqini aşağı salacaq faktları tapıb, ictimaiyyətə sızdırmaq lazımdır.
Turan Rzayev
MİA.AZ
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin mayın sonunda Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var