Ərdoğan NATO iclasında: "Terror dövləti xəyalı gerçəkləşməyəcək" - "Rusiya ilə birbaşa münaqişə..."

img

11-07-2024 [15:32]


"Bölgəmizdə terror dövləti qura biləcəklərini düşünənlərin arzusu gözlərindəq alacaq. Onların bu böyük bir arzusu heç vaxt gerçəkləşməyəcək".

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri ANTO sammitind' çıxış edən Prezident Ərdoğan deyib.

O, daha sonra NATO-dakı müttəfiqlərinə səslənib: "Bizim müttəfiqlərimizdən əsas gözləntimiz odur ki, onlar da terrorla mübarizədə oxşar yanaşmanı qəbul etsinlər. Bizim əsas istəyimiz Suriya ərazisinin terrordan tamamilə azad və suriyalıların orada firavan bir dövlətdə yaşamalarıdır".

Türkiyə lideri ukrayna savaşı və rusiyaya münasibətdən də söz açıb: "Şübhəsiz ki, NATO ilə Rusiya arasında birbaşa münaqişə ehtimalı narahatlıq doğurur. Buna getmək olmaz, bundan çəkinmək lazımdır".

Ərdoğan daha sonra Türkiyənin Şanxay və BRİKS-dəki roluna da toxunub: "Biz Şanxay Əməkdaşlıq Təşkilatının NATO-ya alternativ olduğunu düşünmürük. Eynilə, biz BRİKS-i heç bir başqa struktura alternativ olaraq görmürük".

Ərdoğan daha sonra İsrailin NATO ilə əlaqələrinin mümkün olmadığını deyib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR