Prokurorluqda yeni təyinatlar olub - SİYAHI

img

11-07-2024 [14:54]


Qaradağ rayon prokuroru vəzifəsinə təyinat olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, bu vəzifəyə Fərid Nağıyev gətirilib.

F.Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Süleymanov ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA