8 ölkə Çini kibercasusluqda ittiham edir - Detallar

img

09-07-2024 [14:16]


Avstraliya başda olmaqla, 8 ölkə Çin dövlətini və onun dəstəklədiyi APT40 haker qrupunu kibercasusluqla ittiham edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həmin ölkələr haker qrupunun hökumət və özəl sektor sahəsində yüzlərlə insana aid məlumatları ələ keçirmək və ya keçirməyə cəhddə suçlayır.

Avstraliya Təhlükəsizlik Qüvvələrindən verilən məlumata görə, APT40-ın fəaliyyəti ilə bağlı Kanada, Yeni Zelandiya, İngiltərə, ABŞ, Almaniya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla 8 ölkə rəsmi Pekinə birgə etiraz ünvanlayıb: "Bu kibercasus qrupu o qədər irəli gedib ki, artıq bu ölkələrin kəşfiyyat və təhülksizlik qüvvələrinin məxfi məlumatlarına dayanmadan ühcumlar həyəta keçirir, müvafiq parolları qıraraq məlumatlaır ələ keçirməyə can atırlar".

Çinin Avstraliyadakı səfiri isə iddiaları rədd edib: "Tam əksinə, Çinin özü belə bir kiberhücumlara məruz qalmaqdadır..."

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR