Ərdoğandan TÜRKSAT 6A ilə bağlı mesaj: "Türkiyə kosmosdakı varlığını artırır..."

img

09-07-2024 [06:38]


"TÜRKSAT 6A ilə peyk istehsalında yeni mərhələyə keçdik. Yerli, milli rabitə peykimiz 6A, mövcud peyklərin ehtiyatını təmin edəcək və tutumunu artıracaq".

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Bakı vaxtilə bu gün saat 03.30-da Türkiyənin milli rabitə peyki Türksat 6A ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından SpaceX-in Falcon 9 raketi ilə kosmosa buraxılmasına münasibətdə deyib.

Ərdoğan bildirib ki, bu gün Türkiyə və millət üçün yeni bir qürur günüdür: Kosmosa buraxılan Türksat 6A layihəsindəki alt sistemlər daxil ümumilikdə roqram təminatının 81 faizi milli istehsaldır: "Bu, Türkiyənin kosmosda gələcəyi üçün böyük əhəmiyyət daşıyır".

Ərdoğan 2,5 il əvvəl kosmosa buraxılan 5B peykində olduğu kimi, 6A üçün də SpaceX-in Falcon 9 raketinə üstünlük verildiyini vurğulayıb: "Elon Musk və SpaceX ilə müxtəlif sahələrdə qurulan əməkdaşlığın güclənməsindən məmnunuq. Türkiyə qarşısına çıxarılan maneə və məhdudiyyətlərə baxmayaraq, kosmosdakı varlığını artırır...".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub