Ərdoğan ABŞ-a gedir

img

08-07-2024 [09:05]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti üçün sabah ABŞ-a gedir. 

Mia.az-ın məlumatına görə, səfər çərçivəsində Ərdoğan iyulun 10-da üzv ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər də keçirəcək.

Xatırladaq ki, iyulun 9-da sammitin ilk günündə 75 illik yubiley proqramı keçiriləcək. 

Həmin gün axşam saatlarında liderlər və onların həyat yoldaşları ABŞ prezidenti Co Baydenin Ağ Evdə verdiyi şam yeməyində bir araya gələcək.

Liderlər iyulun 11-də NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR