Viktor Orban Azərbaycana gəlir

img

04-07-2024 [17:54]


Macarıstan Baş naziri Viktor Orban iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs "X" hesabında yazıb.

O bildirib ki, sammitdə əsas diqqət nəqliyyat, əlaqə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək: "Baş nazir Orban türk tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq"(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR