Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

img

04-07-2024 [16:01]


Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti ilə mürəkkəb ərazi şəraitində döyüş dəstək vasitələrinin imkan və qabiliyyətlərinin qiymətləndirilməsi, qarşılıqlı əlaqənin təşkili və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə taktiki-xüsusi təlim keçirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin gedişatını izləmək üçün qoşun növlərinin idarəetmə məntəqələrində olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, müasir idarəetmə sistemlərinin və yüksək texnologiyaların tətbiqi ilə keçirilən təlimdə hərbi qulluqçular tapşırıqları peşəkarlıqla yerinə yetirir.

Təlimin keçirilməsində əsas diqqət komanda-idarəetmənin təşkili, o cümlədən komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:21 18.11.2025

Millimiz uduzub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA