ABŞ Mərkəzi Komandanlığı: "Husilərə aid radar mərkəzini məhv etdik" - Husilər isə daha 4 gəmini vurduqlarını deyir

img

03-07-2024 [08:57]


"İranın dəstəklədiyi Husilərin radar mərkəzini məhv etdik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ Mərkəzi Komandanlığı yayıb.

Komandanlıqdan bildirilib ki, ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin husilərin nəzarətində olan bölgəsində yerləşdirilmiş  radar mərkızinə aviazərbə endirilib: "Bu radar mərkəzi bölgədəki ABŞ, koalisiya qüvvələri və ticarət gəmiləri üçün qaçılmaz təhlükə idi. Onu naviqasiya azadlığının qorunması və beynəlxalq suların daha təhlükəsiz olması üçün məhv etməli olduq".

Husilərin sözçüsü Yəhya Seri isə az əvvəl bəayanat yayaraq iddia edib ki, İsrail, ABŞ və İngiltərəyə məxsus olan və işğal altındakı Fələstin limanlarına giriş qadağasını pozan 4 gəmini ballistik raketlərlə vurublar.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR