Mark Rutte: "NATO-nun baş katibi təyin olunmaq böyük şərəfdir" - NATO-nu etibarlı əllərə buraxdığımı bilirəm"

img

26-06-2024 [13:51]


"NATO-nun baş katibi vəzifəsinə təyin olunmaq böyük şərəfdir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi vəzifəsinə təyin edilən Hollandiyanın sabiq baş naziri Mark Rutte deyib.

Ona dəstək verən NATO üzvü dövlətlərinə təşəkkür edən yeni Baş katib bildirib ki, oktyabrın 1-də vəzifəsinin icrasına başlayacağını səbirsizliklə gözləyir: "Bu təşkilata rəhbərlik etmək böyük məsuliyyətdir. Mənə güvəndikləri üçün bütün müttəfiqlərə minnətdaram. Qeyri-adi liderliyi ilə seçilən Yens Stoltenberqin varisi kimi oktyabrda böyük həvəslə bu rolu üzərimə götürməyi səbirsizliklə gözləyirəm".

Hazırkı baş katib Stoltenberq də yeni baş katiblə bağlı mesaj yayıb: "NATO müttəfiqlərinin Mark Rutteni mənim varisim seçməsini alqışlayıram. Rutte transatlantik alyansın böyük dəstəkçisi və güclü liderdir. NATO-nu gücləndirməyə davam etdiyi bir ərəfədə ona uğurlar arzulayıram. NATO-nu etibarlı əllərə buraxdığımı bilirəm"

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR