Ərdoğan Putinlə danışdı - Telefonda

img

25-06-2024 [15:55]


Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında bu gün telefon danışığı olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, liderlər Rusiyanın Dağıstan vilayətində törədilən terror aktlarını müzakirə ediblər.

Prezident Ərdoğan deyib ki, Türkiyənin hər cür terrora qarşıdır: "Biz bu terror hücumlarınə qətiyyətlə qınayırıq. Həyatını itirənlərə görə Rusiya xalqına, onların ailələrinə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyirəm".

Prezident Ərdoğan bildirib ki, Türkiyə bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcək.

Məlumata görə, liderlər ikitərəfli münasibətlər, bölgə və dünyadakı digər problemlər, o cümədən gələn ay Astanada gözlənilən görüşü ətrafında da fikir mübadiləsi aparıblar.

Lamiyə 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR