HƏMAS: "Netanyahu sülh istəmir, o, vaxt qazanmaq üçün oyun oynayır"

img

25-06-2024 [09:48]


"İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada soyqırımı davam etdirmək üçün atəşkəs razılaşmasından yayınır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk deyib.

O, Netanyahunun İsrailin Qəzzada "qismən razılaşmaya hazır olduğu" haqda sözlərini xatırladıb və deyib ki, bu, onun dediklıərinə sübutdur: "Üstəlik, meydanda olan faktiki mənzərə də göstərir ki, İsrtailin niyyəti tamam başqadır. Netanyahunun qismən razılaşmadan danışması və hücumları davam etdirməsi onun əsirlərin ailələrinə yalan danışdığını və onların uşaqlarının həyatı ilə maraqlanmadığını da göstərir. Netanyahu sülh istəmir, o, vaxt qazanmaq üçün oyun oynayır".

Rişk ABŞ-a səslənib: "Netanyahunun tərəfini tutmağı dayandırın, susmayın. Əgər gerçək sülh istəyirsinizsə, Netanyahuya danışıqlar üçün təzyiq eləyin..."

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR