Rusiyada Araşdırmalar Mərkəzində güclü yanğın: 8 nəfər ölüb

img

24-06-2024 [22:27]


Rusiyanın paytaxtı Moskvadan 25 kilometr şimal-şərqdə yerləşən Fryazinodakı Yanğın “Platan” Araşdırmalar Mərkəzində yanğın baş verib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, binanın 7-ci mərtəbəsində baş verın yanğın qısa zamanda digər mərtəbələrə yayılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatınaa görə, yanğın zamanı 8 nəfər ölüb: "Bir nəfər isə xilas edilib".

Xatırladaq ki, "Platan" Araşdırma Mərkəzi elektron cihazlar istehsal edir.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR