İordan çayının qərb sahilində həbslər davam edir

img

24-06-2024 [17:22]


İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi açıqlama yayıb.

Bildirilib ki, bu gün İsrail əsgərləri bölgədə dah 12 fələstinlini qandallayıb: "Onlar səbəb göstırilmədən saxlanılaraq naməlum yerə aparılıblar...".

Məhbuslar Dərnəyi qeyd edib ki, bununla da 7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayı 9 min 360-a çatıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA