Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - MƏTN
19-06-2024 [09:58]
Prezident İlham Əliyev Bakıda keçirilən "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantının iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, məktubu Prezidentin köməkçisi Hikmət Hacıyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli toplantı iştirakçıları.
Əziz dostlar.
Sizi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir.
Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür. Bildirmək istərdim ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir.
Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq, eyni zamanda, biz töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açığıq. Bu baxımdan, COP29-a hazırlıqla bağlı Bakı və işğaldan azad edilmiş Zəngilan şəhərlərində üç gün davam edəcək bu tədbir çərçivəsində Mərkəzin dəyərli üzvlərinin və tərəfdaşlarının bizimlə zəngin təcrübələrini və biliklərini bölüşərək dəstək göstərmək səylərini yüksək qiymətləndirirəm.
Qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılsa da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır. Eyni zamanda artıq hamı tərəfindən qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxtımız azalır.
Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaqdır. İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcəkdir.
Eyni zamanda iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaqdır.
Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir.
Önümüzdəki günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin mitiqasiya və adaptasiya, maliyyələşmə, iqlim dəyişmələri və onun biomüxtəlifliyə, su və qida təhlükəsizliyinə olan təsirləri, ərzaq və kənd təsərrüfatı sektorunun hazırkı vəziyyəti, elm, texnologiya və innovasiyanın rolu kimi mövzular ətrafında müzakirələr aparmaqla, COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və planetimiz üçün həyati vacib olan qərarların qəbul edilməsinə öz töhfəsini verəcəyinə inanıram.
Sizə ən xoş arzularımı yetirir, 29-cu Yüksək Səviyyəli Toplantının işinə uğurlar diləyirəm".
Xatırladaq ki, Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" adlı 29-cu ali səviyyəli toplantı keçirilir.
Toplantıda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri Mariya Fernanda Espinosa və digər xarici qonaqlar iştirak edir.
Qeyd edək ki, toplantı 19-20 iyun tarixlərində Bakıda, 21 iyunda isə Zəngilanda davam edəcək.
"Mən o ailəyə heç salam da vermirəm” - Əli Mirəliyevdən Xalq artistinin bacısı qızının həbsinə reakisya
Daha bir CHP-li bələdiyyə sədri saxlanıldı - Paylaşıma görə
Cəlilabadda polis əməliyyatı: 3 nəfər tutulub
KARTLA İŞLƏYƏN SAYĞACDA BORC NECƏ YARANIB Kİ? - "Azəriqaz"dan anormal qərara anlaşılmaz izah + VİDEO
Politoloq Azər Qasımlıya 13 il həbs tələb olundu - Məhkəmə prosesi
İmişlidə iki nəfər 15 kq narkotiklə tutulub
İlham Əliyev Pezeşkiana məktub göndərdi - MƏTN
"Fənərbağça"dan ərəb komandasına keçən hücumçu ilk qolunu atdı - Qətər komandası darmadağın oldu
Netanyahunun təyyarəsi yolunu uzatdı - Buna görə
Suriya ordusu Həsəkə bölgəsindən geri çəkilir
Hürrem Sultan və “Bosforda boğulan 240 qadın”...
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib- Səbəb
ABŞ Vitse-prezidenti və həyat yoldaşı Şəhidlər xiyabanıda - VİDEO
Cey Di Vensin sildiyi status... - TƏHLİL
Azərbaycan nefti cüzi ucuzlaşdı
"Tahir Budaqov YAP-ın sədrinin müavini və aparat rəhbəridir, bu vəzifələr siyasi baxımdan..." - Yeni icra başçısı haqqında açıqlamalar
TRAMP BÖLGƏYƏ ƏLAVƏ HƏRBİ GÜC GÖNDƏRİR: "İran ya bizimlə razılığa gələcək, ya da..."
Türkiyənin bir bölgəsində məktəblər bağlandı - Qara görə
Türkiyədə bələdiyyə sədrinə qarşı ittiham - 44 il həbs gözləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aşıq Telli Borçalıya ağır itki üz verib
İzmirdə FETÖ-ya qarşı növbəti əməliyyat: 12 nəfər saxlanılıb
Makrondan Epşteynlə bağlı suala belə cavab verdi: "Məhkəmə sistemi öz işini görməlidir"
BMT Baş katibi ilə Hakan Fidan telefonda müzakirə aparıb
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib