Jurnalist Sərxan Kamallı vəfat edib

img

17-06-2024 [10:47]


Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə tanınmış jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:26 27.09.2024

Bu dünyanın ədaləti