Avropada yoxsulluq artır - 95 milyona yaxın insan aclıq təhlükəsiylə üzləşib

img

13-06-2024 [00:23]


Avropa İttifaqı (Aİ) ölkələrində təxminən 95 milyon insanın yoxsulluq riski ilə üzləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) 2023 üzrə hesabat açıqlayıb.

Hesabatda Aİ-də əhalinin 21 faizinin yoxsulluq və ya sosial təcrid riski ilə üz-üzə olduğu qeyd edilib: "Bu, təxminən 94,6 milyon insan deməkdir. Yoxsulluq həddində yaşayan insanların ən yüksək olduğu ölkələr belə sıralanıb: 32 faizlə Rumıniya, 30 faizlə Bolqarıstan, 27 faizlə İspaniya və 26 faizlə Yunanıstan!

Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr isə Çexiya (12 faiz), Sloveniya (14 faiz), Finlandiya və Polşadır (16 faiz).

Yoxsulluq səviyyəsi Almaniyada 21,3 faiz, Fransada 20,4 faiz, İtaliyada isə 22,8 faiz təşkil edib".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb