Bu ölkəyə israillilərin girişi qadağan olundu - Yeni qanun qəbul edilib

img

10-06-2024 [22:04]


Maldiv adalarının parlamenti İsrail pasportu olan şəxslərin ölkəyə girişini qadağan edən qanuni qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin əsas müxalifət partiyası olan Maldiv Demokratik Partiyasının Nazirlər Şurasına təqdim etdiyi və İsrail pasportu sahiblərinin Maldiv adalarına girişinin qarşısını alan qanun layihəsi parlamentdə səs çoxluğu ilə hüquqi status qazanıb.

Məlumata görə, bundan sonra hətta ikili vətəndaşlığı olanlar da daxil olmaqla, bütün İsrail pasportu sahiblərinin Maldiv adalarına girişi qadağan edilib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq