Türkiyə ABŞ-dan 70 ədəd son nəsil "F-16 Block" alır: "Təklif və qəbul məktubu imzalanıb" - Vaşinqton "tərəfdaşlığımız sarsılmazdır" deyir

img

07-06-2024 [08:52]


ABŞ ilə Türkiyə arasında F-16 satışında daha bir mühüm addım atılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məumat verib.

Bildirilib ki, Türkiyə ilə ABŞ arasında əldə olunan razılaşmada son nəsil 70 ədəd "F-16 Block" döyüş təyyarələrinin alınması ilə bağlı iərliyə doğru müsbət addımlar davam edir: "Türkiyə F-16-ların alınması ilə bağlı təklif və qəbul məktubunu imzalayıb. Bu, ABŞ-ın Türkiyə ilə qurduğu təhlükəsizlik tərəfdaşlığına sarsılmaz sadiqliyinin ən son nümunələrindən yalnız biridir".

Departamentdən o da bildirilib ki, ABŞ razılaşmaya əsasən, Türkiyənin arsenalında olan F-16-ların modernləşdirilməsini də əhatə edən proqramıl da icra edəcək.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub