Rusiyada tramvay qəzası: 109 nəfər yaralanıb

Rusiyada tramvay qəzası: 109 nəfər yaralanıb

GÜNDƏM

06.06.2024, 15:12

Rusiyanın Kemerovo şəhərində tramvay qəzası olub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, qəzada 7-si uşaq olmaqla 109 nəfər xəsarət alıb.

Rusiya İstintaq Komissiyasının verdiyi açıqlamaya görə, Kemerovoda sərnişinlərin olduğu iki tramvay toqquşub: "Yaralılardan 19-unun vəziyyəti çox ağırdır, onlar xəstəxanaya göndərilib".

Rusiya Səhiyyə Nazirliyinin müşaviri Aleksey Kuznetsov jurnalistlərə bildirib ki, yaralıların hər birinə lazımı tibbi yardım göstərilir.

Zülfiyyə

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR