PA rəhbəri Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə müzakirə aparıb - FOTO

img

03-06-2024 [19:55]


İyunun 3-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə Samir Nuriyev qarşı tərəfə ölkəmizin COP29-a hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib.

Fatih Birol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüşdə COP29 ilə bağlı səmərəli müzakirələr aparıldığını məmnuniyyətlə vurğulayaraq, rəhbərlik etdiyi təşkilatın COP29-un uğurla keçirilməsinə töhfə verməyə hazır olduğunu bildirib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA