“Afrika Aslanı-2024”:  Azərbaycan Ordusunun hərbi qulluqçusu təlimdə iştirak edib

img

03-06-2024 [11:57]


Mərakeşin Aqadir şəhərində keçirilən “Afrika Aslanı-2024” beynəlxalq hərbi təlimlərinin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələlərdən ibarət olan təlimlərdə terror qrupları ilə mübarizə əməliyyatlarına dair müxtəlif tapşırıqlar icra edilib.

Qeyd edək ki, 20-ci dəfədir keçirilən təlimlərin başlıca məqsədi regional sülhü, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub