BMT rəsmisi: "Qəzzada itirəcək vaxt artıq qalmadı"

img

29-05-2024 [21:40]


BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi loordinatoru Tor Vennesland bu gün BMT Təhlükəsizlik Şurasında keçirilən İsrail-Fələstin sessiyasında üzv ölkələri Qəzzada yaşananlar haqda ətraflı məlumatlandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəfləri dərhal atəşkəsə və məhbusları azad etməyə çağırıb.

Hazırda dialoq yolunun qapandığını qeyd edən BMT rəsmisi bildirib ki, İsrail Rəfahda quru əməliyyatını genişləndirdikcə, dağıntılar, ölüm halları daha da artır: "Bu səbəbdən tərəfləri təcili və vicdanla danışıqlar masasına qayıtmağa çağırıram. Artıq Qəzzada itirəcək vaxt qalmayıb".

O, regional fəlakət riskinin gündən-günə artdığını da sözlərinə əlavə edib.

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq