Türkiyədə "Ülkü Ocakları"nın başqanı güllələnib - Vuran şəxs qaçıb

img

29-05-2024 [13:59]


Türkiyədə "Ülkü Ocakları"nın başqanı güllələnib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Sakarya şəhərinin Sapanca rayonunda baş verib.

Məlumata görə, "Sapanca Ülkü Ocakları"nın 28 yaşlı başqanı  Emirhan Kabalak küçədə bir nəfərlə mübahisə edib: "Həmin şəxs tapançasını çıxararq başqanı güllələyib. O, Sapanca rayon xəstəxanasına aparılıb, həyatına təhlükə yoxdur".

Məlumatda o da deyilir ki, atəş açan şəxs bəllidir: "O, hadisə eyrindən qaçıb. Polis hazırda onu axtarır".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA