Partiya sədri: "Parlament seçkilərində iştirak edəcəyik"

img

29-05-2024 [12:20]


"Milli İstiqlal Partiyası bütün seçkilərdə iştirak etməyin tərəfdarıdır".

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sözügedən partiyanın sədri Arzuxan Əlizadə deyib.

Sədr bu günə qədər ölkədə keçirilən bütün parlament və bələdiyyə seçkilərindən partiyanın kənarda qalmamasını xatırladıb: "Parlament seçkilərində də iştirak edəcəyik. Bununla bağlı fevralın 23-də partiyanın siyasi şurasının genişləndirilmiş iclasında qərar verilib. Namizədlərin müəyyənləşdirilməsi prosesi gedir".

Sədr özü də bu seçkidə namizədliyini irəli sürəcək: "Hədəfləyirəm, yaşadığım ərazidən namizədliyini ürəli sürməyi düşünürəm. Amma seçki ərəfəsində digər variantları da araşdırıb son qərarı verəcəyəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA